
Bakı və Tehran bütün maneələri aşıb
22:17 22.05.2024
Siyasət
404
Azərbaycan-İran əlaqələrinin indiki normallaşma məqamından geriyə dönüşü gözlənilmir
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak ediblər. Nümayəndə heyətində xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri və digər rəsmi şəxslər olublar. Qeyd edək ki, mayın 19-da iki ölkənin prezidentləri Zəngilan rayonunda Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı mərasimində iştirak etmişdilər. Prezident İlham Əliyev “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsinin tarixi hadisə olduğunu bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi mövcuddur. Ölkə başçısı çıxışında əsrlər boyu İran və Azərbaycan xalqlarının bir yerdə yaşayıb-yaratdığını söyləmişdi. Qeyd etmişdi ki, məhz bunun nəticəsində ölkələr arasında münasibətlər indiki səviyyəyə yüksəlib. Təbii ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə görüşü tarixi hadisə kimi hər iki xalqın yaddaşına həkk olundu. Bu, eyni zamanda iki ölkə sərhədinin dostluq, gələcəyə yönəlmiş əməkdaşlıq körpüsü olduğunu təsdiq edir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək, əldə edilən nəticələrdə, gələcək planlarda özünü göstərəcək. Bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin mühüm amil olduğunu bildirən ölkə başçısı İran-Azərbaycan dostluğunun önəmini qeyd etdi. Bakı və Tehran bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bu dəstək bundan sonra da davam edəcək. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də Azərbaycan və İran bir-birinə dəstək verir. Qarabağ və Şərqi Zəngəzurun, Naxçıvan bölgəsinin Azərbaycanda “yaşıl enerji” zonaları olmasına da dövlət başçısı tərəfindən diqqət çəkilib. İranla Azərbaycan arasında elektrik, qarşılıqlı təchizat sahələrində geniş perspektivlər üçün imkanlar açır. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması qarşıda böyük hədəflərin olduğunu göstərir.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Azərbaycan-İran münasibətlərində olan gərginliyin prezidentlərin son görüşündən sonra müsbət istiqamətdə gedəcəyi şübhəsiz idi. Analitik əlavə edib ki, ümumiyyətlə, iki ölkənin münasibətlərindəki gərginlik iqtisadi əlaqələrə təsir etməmişdi:

"Əksinə, iqtisadi əlaqələr daha da artmışdı. Xudafərin üzərindəki körpülərin və su qovşaqlarının tikilməsi bunun sübutu idi. Çünki gərginliyə baxmayaraq, tərəflər əlaqələrin inkişafında maraqlı idilər. Görünən odur ki, tərəflər gərginliyin müvəqqəti olduğunu düşünür və tezliklə anlaşılmazlıqların aradan qalxacağını bilirlər. Prezidentlərin son görüşü də bunu isbat etdi. Hesab edirəm ki, Tehran-Bakı əlaqələrinin indiki normallaşma məqamından geriyə dönmək tərəflərin heç biri üçün xeyirli deyil. İran-Azərbaycan əlaqələrinin bundan sonra yeni mərhələyə keçəcəyinə şübhə yoxdur. Tərəflər bu əməkdaşlıq üçün çox maneələri aşıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət