Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirildi
Yusif Nəzərli
08:29 18.10.2022
Siyasət
534
Bu gün Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilib.
“Report”un xəbərinə görə, tədbiri giriş sözü ilə açan Assosiasiyanın vitse-prezidenti, Azərbaycan Ombudsmanı son illər görülən işlərdən söz açıb.
O, Azərbaycanın Ombudsman təsisatının artıq 3-cü dəfədir iclasa ev sahibliyi etdiyini söyləyib.
Ombudsman bildirib ki, oktyabrın 19-20-də Ombudsmanların və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransı keçiriləcək. Onun sözlərinə görə, toplantı “Biznes və insan hüquqları sahəsində Ombudsman və milli insan hüquqları təsisatlarının rolu” adlı mövzusunda baş tutacaq.
Tədbirdə çıxış edən Pakistan Federal Ombudsmanı Ejaz Əhməd Qureşi qeyd edib ki, təcrübələri bölüşmək və fikir mübadiləsi aparmaq assosiasiyanın əsas istiqamətlərindəndir. O, bu istiqamətdə səylərini artıracağını və daha geniş müstəvidə fəaliyyət göstərəcəklərini vurğulayıb.
Ejaz Əhməd Qureşi pandemiya dövründə insanların sağlamlığının qorunması üçün aparılan maarifləndirmə işlərində ombudsman təsisatlarının mühüm işlər gördüyünü diqqətə çatdırıb.
Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç isə xatırladıb ki, Vətən müharibəsi dövründə Ermənistan ballistik raketlərlə Azərbaycan şəhərlərini bombalayıb: "Nəticədə Azərbaycanın mülki vətəndaşları həyatını itiriblər. Biz Azərbaycan Ombudsmanının dəvəti ilə həmin şəhərlərdə olduq və insan hüquqları ilə bağlı hesabat hazırladıq. Həmçinin, Ermənistan tərəfindən Azərbaycan əraziləri minalanıb. Biz həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərində də olduq. Həmin ərazilərdə Ermənistan tərəfindən basdırılan minalarla bağlı hesabat da hazırladıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat