Bakının maraqlarına zidd təhlükəli tezislər... - AKTUAL ŞƏRH
Yusif Nəzərli
14:15 27.10.2022
Siyasət
773
“Fransa Qarabağdakı ermənilərə status istəyir”
“ABŞ Azərbaycanın Ermənistanla sərhəddən qoşunlarını geri çəkməkdə maraqlıdır. Amma Bakı üçün prinsipial bir mövqe deyil”
“Rusiya mərkəzli təhlükə isə Kremlin Qarabağda rus icması yaradıb onu şişirtməsi cəhdləridir”
“Soçidə Azərbaycan öz şərtlərini masanın üstünə qoyacaq”
"Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan lideri Nikol Paşinyanın görüşü gözlənilir.
İndiki mərhələ Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin ilkin detallı demo variantının Rusiya və ABŞ üçün nələri vəd etdiyi üzərində fikirlərə fokuslanmaq zərurətini meydana çıxarır.
Ən vacib isə ABŞ-la Rusiyanın Cənubi Qafqazda didişdiyi platformada Azərbaycanın hansı nöqtədə dayanmasıdır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
O bildirib ki, istər Vaşinqtonun, istərsə də, Rusiyanın təqdim etdiyi sülh modelində Azərbaycanın xeyrinə məqamlar çoxdur. Lakin hər iki supergücün Bakının maraqlarına uyğun olmayan təhlükəli tezisi də mövcuddur:
"Gedən proseslərin alt qatında gizlənənlər və dərinlikdəki mətləblərin bəzi aşkar təzahürlərini təhlil etsək, Bakının qarşı olduğu iki əsas xəttin önə çıxmasına köklənməyimiz mümkündür.
Biri, episentri ABŞ olan təhlükədir. Ən çox Vaşinqton və onun Cənubi Qafqazla bağlı çağırışlarının yedəyinə qoşulan Fransa Qarabağdakı ermənilərə status istəyir. Həmin meyl Azərbaycanın suverenlik və təhlükəsizliyi üçün təhdid elementidir.
Digər tərəfdən ABŞ Azərbaycanın Ermənistanla sərhəddən qoşunlarını geri çəkməkdə maraqlıdır. Amma Bakı üçün prinsipial bir mövqe deyil.
Rusiya mərkəzli təhlükə isə Kremlin Qarabağda rus icması yaradıb onu şişirtməsi cəhdləridir. Moskvanın regionda ordu saxlamasından daha həyəcanlıdır.
Rusiyanın Ukraynadakı müharibədə düçar olduğu bir sıra uğursuzluqlar həmin meyli körükləyə bilər. Hərçənd Azərbaycanın masadakı və təhlükəsizlik mühitindəki qırmızı cizgiləri heç zaman aktuallığını itirməyəcək".
Siyasi analitikin qənaətincə, Azərbaycanla Rusiya arasında son günlər yüksək səviyyəli media platformalarındakı qarşılıqlı ittihamlar da həmin motivlərlə əlaqəli ola bilər:
"Moskva Bakının ABŞ-ın təqdim etdiyi sülh modelinə üstünlük verəcəyini düşünür – status məsələsini çıxmaq şərtilə.
ABŞ-la Rusiyanı regionda kəllə-kəlləyə gətirən başqa proses Azərbaycan ordusunun sərhəddə irəliləməsidir. Moskva bunu dəstəkləsə də, ABŞ dəstəyin Kremldən gəldiyini həzm etməyi bacarmır. Delimitasiya prosesindən irəli gələn rıçaqları əlində cəmləşdirmək istəyir.
Azərbaycan lideri İlham Əliyevlə Paşinyanın Rusiyada gözlənilən görüşünün (red.Soçidə bir araya gələcəyi fikirləri var) təsvirinə gəlincə, Azərbaycan tərəfi qlobal oyunçuların hərisliklərinin artmasına baxmayaraq yenidən öz şərtlərini masanın üstünə qoyacaq. Ermənistan isə itirməkdə davam edəcək. ABŞ Azərbaycan ordusunun irəliləməsinə qarşı çıxacaq əsaslı addımlardan çəkinəcək.
Çünki Vaşinqton Bakı ilə strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrini İrəvanın ayaqlarına vermək meylinə getməz. Onsuz da Rusiya Ermənistanı “eşafota” çıxarıb onu sərt cəzalandırmaq istədiyindən o da Bakının maraqlarına üstünlük verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya