Baş nazir söz sahibi deyil
Yusif Nəzərli
04:16 13.09.2022
Siyasət
270
Paşinyanın komandası vəziyyətə nəzarət edə bilmir
"Ermənistanda qərarvermə mexanizmi mürəkkəbdir, çünki Paşinyan və komandası vəziyyətə tam nəzarət edə bilmir, tək söz sahibi deyil".
Bu sözləri ReAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Partiya rəsmisi qeyd edib ki, Ermənistanda maraq qrupları çoxdur, hələ birini də Kreml "Vardanyan" adı ilə təzə oyuna salıb: "Ermənistan müharibə aparmaq iqtidarında deyil, amma bəlli maraq qrupları, əsas da Moskvadan qidalananlar anlayırlar ki, sülh sazişi indi imzalansa, həm Kremlin təsir rıçaqları azalacaq, həm də onların "revanş" hekayəsi bitəcək.
Ona görə də məqsəd böyük sülh sazişinin qarşısını almaq, zaman qazanmaqdır və Moskvanın təsirlərini saxlamaqdır. Paşinyanın da öz maraqları var. Moskvanın ona güvənmədiyini bilir, amma orbitindən də çıxa bilmir. Hər hadisədə KTMT-yə müraciət edir. Onlar da qarışmır, qarışa bilmir. Paşinyan da öz cəmiyyətinə mesaj verir ki, "bu ölüvay qurumdan da, Moskvadan da uzaqlaşmaq işində dəstək olsunlar". Ermənistanda anti-rusiya mövqeyi çox güclüdür və getdikcə güclənir".
N.Cəfərli bildirib ki, Azərbaycan sülh istəyir: "Biz səmimiyik, sülh və yolların tam açılması, iqtisadi əlaqələrin yaranması bizim strateji hədəfimizdir. Azərbaycan hakimiyyəti və müxalifəti bu məsələdə yekcins mövqedədir. Ona görə də xarici oyunçuların daxili oyunbazlıq qurması mümkün olmur. Azərbaycan hökumətinin xarici siyasətdə qurduğu doğru və çoxşaxəli ittifaqlar onu deməyə əsas verir ki, rəhbərlik impulsiv davranmır. Başqa dövlətin ərazisi ilə bağlı dünyanı tam üstümüzə qaldıracaq, haqlı ikən haqsız duruma sala biləcək addımlar atmırıq. Amma sülhəməcburetmə əməliyyatları da davam edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya