Başqalarına göz yumurlar: Avropa Şurasının əsl mahiyyəti ortaya çıxıb
Turan
12:31 06.02.2020
Siyasət
775
“Avropa Şurasının məlum riyakarlığı qurumuun “demokratik” dəyərləri, ikili standartları və təzyiqləri ilə bağlıdır”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi ekspert, “Milli.az” saytının baş redaktoru Anar İmanov deyib.
Ekspert bildirib ki, bütün dünyada ədalətsizliklər baş verir:
“İnsanlar mitinqlərə çıxır, təzyiqlərlə üzləşir, döyülür, söyülür. Hətta bibər qazına məruz qalırlar. Amma AŞPA buna göz yumur, bu halları pisləyib tənqid etməkdənsə, sabit, inkişaf edən, Qafqazın ən güclü dövləti olan Azərbaycanda nəsə axtarır. Nağıllar uyduraraq, müstəqil ölkənin işinə qarışır, qaralamağa çalışır. Açıq etiraf etmək lazımdır ki, Azərbaycanın inkişafı, qərarları müstəqil şəkildə verməsi AŞ-nın xoşuna gəlmir. Avropa Şurasında Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması, torpaqlarının işğal edilməsi barədə bir söz deyilmir, amma hansısa nağıllar uydurulur və dünya ictimaiyyətinə təqdim edilir”.
Analitikin sözlərinə görə, Avropa Şurasının bu fəaliyyətini əslində özünüifşa adlandırmaq olar:
“Onun qərəzli təmsilçiləri başa düşmürlər ki, bu fəaliyyətlə qurumun nüfuzuna böyük zərbələr vururlar, özlərini hörmətdən salırlar. Nəticədə bu ikili standartlar bumeranq kimi dönür və AŞ-na böyük zərbə vurur. Artıq AŞ-nın obyektivliyi haqda nağıl darmadağın olub, qurumun əsl mahiyyəti ortaya çıxıb”.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən Avropa Şurasını sərt tənqid edib. Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Ölkə rəhbərinin sözlərinə görə, bu həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Məhz hökm sürən riyakarlıq və ikili standartların nəticəsidir ki, Avropa Şurasında deqradasiya prosesi gedir, təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir. Artıq bu qurum dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya