Bayramov - Pompeo görüşünün pərdəarxası: “...Mane olmağa çalışacaq”
Banuçiçək Kalbalıyeva
11:17 23.10.2020
Siyasət
765
“ Əlbəttə, ən çox nəzərdə tutduğu Türkiyədir. Danışıqların məqsədi Ermənistana vaxt qazandırmaqdır”
“Rusiyanın məsələyə reaksiyası başqa mövzudur. Özünün arxa bağçasında ABŞ-ın prestij qazanması onun ürəyincə deyil”
“Odur ki, Kreml məsələni daha diqqətlə izləyəcək”
ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşəcək.
“RİA Novosti” xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.
Pompeonun Ceyhun Bayramovla görüşü Vaşinqton vaxtı ilə 09:30-da (Bakı vaxtı ilə 17:30-da), Zöhrab Mnatsakanyanla isə bir saat sonra başlayacaq. Müzakirə predmeti aydındır: Dağlıq Qarabağ müharibəsi. Amma bir sualımız var ki, indiyədək Ermənistanın hər cür “şıltaqlıqlığına” dözən, “ağızlarına su alan” həmsədr ölkələr niyə bu gün əl-ayağa düşüblər?! Özləri bilər. Onsuz da həqiqət, reallıq ortadadır.
İstanbul universitetinin professoru, beynəlxalq məsələlər üzrə mütəxəssis Yaşar Onay “Sherg.az”a açıqlamasında görüşlərin pərdəarxasında dayanan məqamı izah edib:
“Əslində nə deyəcəkləri məlumdur. ABŞ dövlət katibi tərəfləri daimi atəşkəsə çağıracaq, digər dövlətlərin müdaxiləsinə mane olmağa çalışacaq. Əlbəttə, ən çox nəzərdə tutduğu Türkiyədir. Danışıqların məqsədi Ermənistana vaxt qazandırmaqdır. Rəsmi İrəvan daha böyük məğlubiyyətə uğramadan müharibəni dayandırmaq istəyir. Amma Rusiyanın məsələyə reaksiyası başqa mövzudur. Özünün arxa bağçasında ABŞ-ın prestij qazanması onun ürəyincə deyil. Odur ki, Kreml məsələni daha diqqətlə izləyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya