Belarusda çevriliş gözlənilirmi? – “Lukaşenko səhvləri anladı”- Qərbin kadrarxası rolu !
Banuçiçək Kalbalıyeva
12:06 10.09.2020
Siyasət
945
“Baş verən hadisələrdə Böyük Britaniya və Polşanın müdaxiləsi özünü göstərir”
“Eyni zamanda Litva, Latviya, Ukrayna da bu mitinqlərdə kadrarxası rol oynayır”
“Prezident başa düşür ki, ölkə daxilində dialoqlar zəruridir. Siyasi partiyaların fəaliyyəti üçün də şərait yaradılmalıdır”
Belarusun paytaxtı Minskdə müxalifətçilərin növbəti etiraz aksiyaları səngimir.
Hökumət aksiyanın kütləviliyinin qarşısını almaq məqsədilə bir neçə metro stansiyasını bağlanması barədə qərar verib. Aksiyaçıların Prezident Aleksandr Lukaşenkonun iqamətgahının qarşısına yürüş etmək istəyiblər. Onların yürüşünə qarşı İqamətgahın qarşısında təhlükəsizlik qüvvələrinin əməkdaşları baryerlər qurublar.
Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyasının 80,1 faiz səslə Aleksandr Lukaşenkonu qalib elan etməsinə narazılıqlarını bildirən müxalifət qüvvələri avqustun 9-dan etibarən etirazlarını davam etdirirlər. Bu isə ölkə daxilində çox gərgin vəziyyət yaradıb. Hətta iş o həddə çatıb ki, Lukaşenko artıq əlində avtomatla küçəyə çıxır. Hakimiyyətinin növbəti ili Lukaşenkoya ciddi problemlər, hətta bəlalər gətirsə də, o, yenə də taxtından düşmək istəmir. Kreslosundan iki əli ilə, çox möhkəm yapışıb...
Belarusdakı durumu “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov düşünür ki, belə şəraitin yaranmasında xarici qüvvələrin də “əli” var:
“Hakimiyyətin əleyhinə olanlar dövlət çevrilişini qarşılarına məqsəd qoyublar. Odur ki, dünyanın gözü qarşısında səfərbərliyə davam edirlər. Ölkə, demək olar, iflic vəziyyətdədir. Hətta Prezident aparatının fəaliyyətində də problemlər yaranıb. Buna baxmayaraq, hakimiyyət də zəif deyil. Lukaşenko təzyiqlərə tab gətirə bilir. Prezidentə sədaqətlə xidmət edən güc strukturları proseslərin qarşısını məharətlə alırlar. Baş verən hadisələrdə Böyük Britaniya və Polşanın müdaxiləsi özünü göstərir. Eyni zamanda Litva, Latviya, Ukrayna da bu mitinqlərdə kadrarxası rol oynayır. Çünki həmin ölkələrdə Belarus inqilabına xidmət edən qüvvələr var. Silahlı dəstələr ölkəyə daxil olaraq polis idarələrini, Daxili İşlər Nazirliyinin binasını dağıtmaqdan ötrü tam münasib vaxt gözləyirdilər. Lakin bu əməllərin qarşısı alındı”.
T.Abbasovun fikrincə, tədricən həm hakimiyyət, həm də müxalif qüvvələr loyallaşacaqlar:
“Mən Lukaşenkonun tərəfini tutmaq niyyətində deyiləm, ancaq daxildə onun tərəfdarları da az deyil. Həm də ölkədə sosializm və kapitalizm elementləri bir-birini tamamlayır. Aztəminatlı ailələrə kömək edilir, evlər, az qala, pulsuz verilir. Müəssisələrin zərərlə işlədiyi deyilsə də, bu, belə deyil. Mitinqlər, dövlət çevrilişinə cəhdlər isə Qərb texnoloqlarının rəhbərliyi ilə hazırlanıb.
Onlar Lukaşenkonu diz çökdürmək istəyirdilər. Amma gəlişmələr arzulanan kimi olmadı. Düşünürəm ki, tərəflər kompromisə gedəcəklər. Prezident artıq səhvlərinin fərqinə varıb. Siyasətçi başa düşür ki, ölkə daxilində dialoqlar zəruridir. O, birmənalı olaraq, bütün fərqli fikir sahiblərini düşmən kimi qəbul etməyin düzgün olmadığını anlayır.
Eyni zamanda siyasi partiyaların fəaliyyəti üçün də şərait yaradılmalıdır. Əslində Lukaşenkonun son vaxtlar verdiyi bəyanatlar onun güzəştə getmək fikrində olduğunu göstərir. Əgər hakimiyyət bunu anlayırsa, deməli, müxalifətçilər də xaricdən təlimat almaq əvəzinə, daxildəki vəziyyəti normallaşdırmaqdan ötrü öz aralarında “dil tapmalıdırlar”.
Beləliklə, yeni modellər, yeni mexanizmlər hazırlanmalıdır. Məncə, dediyim kimi də olacaq. Çevriliş isə gözlənilmir. Bu variantı, ümumiyyətlə, istisna edirəm”.
Oxşar xəbərlər
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB
18:50 08.10.2026
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannaməsi qəbul edilib
17:54 08.10.2026
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət