Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başlayır
Yusif Nəzərli
06:37 15.04.2024
Siyasət
389
Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başlayır.
Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” platformasında bildirib.
Azərbaycan tərəfini prosesdə xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) aprelin 15-dən 19-dək Haaqadakı Sülh Sarayındaİrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Ermənistan Azərbaycana qarşı”) tətbiqi ilə əlaqədar Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirəcək.
16 sentyabr 2021-ci ildə Ermənistan sözügedən konvensiyanın pozulması iddiaları ilə Azərbaycana qarşı proses başladıb.
21 aprel 2023-cü ildə Azərbaycan məhkəmənin yurisdiksiyasına ilkin etirazlarını təqdim edib.
Qeyd olunub ki, şifahi arqumentlərin təqdim ediləcəyi dinləmələrin ilk raundu 15 aprel (Azərbaycan) və 16 aprel (Ermənistan) tarixlərində, ikinci raundu isə 17 aprel (Azərbaycan) və 19 aprel (Ermənistan) tarixlərində baş tutacaq.
BƏM-in digər press-relizində isə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Azərbaycan Ermənistana qarşı”) tətbiqi işi üzrə Ermənistanın ilkin etirazlarına dair dinləmələrin keçiriləcəyi qeyd olunub.
Bildirilib ki, dinləmələr aprelin 22-dən 26-dək keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur