“İddianın rədd edilməsi təkcə haylara deyil, Fransaya, İrana və Qarabağdakı separatçı ünsürlərə də zərbədir”
Beynəlxalq məhkəmədən Ermənistana tərs şillə
Yusif Nəzərli
12:46 08.07.2023
Siyasət
342
Qarabağdakı qanunsuz silahlı birləşmələrin sonuna sayılı günlər qalır
“İddianın rədd edilməsi təkcə haylara deyil, Fransaya, İrana və Qarabağdakı separatçı ünsürlərə də zərbədir”
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib. Məlumat üçün deyək ki, Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.
Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi ötən ilin oktyabrında "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi.
Ekspertlərin fikrincə, BƏM-in ardıcıl olaraq İrəvanın vəsatətlərini geri çevirməsi Ermənistan hökumətinin ədalətsiz mövqedə dayanmasını və beynəlxalq hüquqdan bixəbər olmasını ortaya qoyur. Qeyd edək ki, Ermənistan Azərbaycan tərəfindən 23 aprel 2023-cü il tarixində Ermənistanla şərti dövlət sərhədində, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasına qarşı çıxmış, bunun təcili ləğv edilməsini tələb etmişdi.
Həmçinin Laçın yolundan və yol boyu Azərbaycanın hər hansı silahlı qüvvələrinin çıxarılmasını istəmişdi. Lakin 25 may 2023-cü il tarixində Azərbaycan tərəfi Məhkəməyə Ermənistan tərəfindən bu müddət ərzində Laçın yolunun qanunsuz istifadə edilməsini sübut edən dəlilləri təqdim etmişdi. Xüsusilə, bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə öz hərbçilərinin göndərilməsi, yeni istehsal edilmiş minaların gətirilməsi və bu ərazilərdə basdırılması, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına dair çoxsaylı sübutlar göstərmişdi.
İyunun 15-də Ermənistan Məhkəməyə bir daha müraciət edərək Laçın yolunun tam bağlanması israrla tələb edib. Bunun ardınca Azərbaycan tərəfi Məhkəməyə Ermənistanın təxribatları barədə məlumat vermişdi. Bunları nəzərə alan Məhkəmə Azərbaycanın təqdim etdiyi sübutları və gətirdiyi arqumentlərlə tam razılaşmış,
Ermənistanın vəsatətini yekdilliklə rədd etmişdi. Yəni Məhkəmə Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət-buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi tanıyıb. Ermənistanın iddialarını əsassız sayıb. Həmçinin Azərbaycanın Laçın yoluna tam nəzarət həyata keçirməyə haqqı olduğuna razılışıb. Beynəlxalq Məhkəmə suverenliyini və beynəlxalq hüququn aliliyini bir daha təsdiq edib. Bununla da, Ermənistanın 1988-ci ildə başladığı “Miatsyum” layihəsi bu gün rəsmən beynəlxalq səviyyədə iflasa uğrayıb.
Millət vəkili Sahib Aliyev "Sherg.az"a deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Laçında nəzarət-buraxılış məntəqəsi ilə bağlı Ermənistanın qaldırdığı iddianı rədd etməsi təkcə haylara deyil, Fransaya, İrana və Qarabağdakı separatçı ünsürlərdən proksi kimi faydalanan digər dövlətlərə də zərbədir:
"Yəqin belə bir qərar çıxarılacağını, burada da canfəşanlığının nəticəsiz qaldığını rəsmi Paris öncədən bildiyindən Fransanın xarici işlər naziri Katrin Kolonna Ermənistan XİN başçısı Ararat Mirzoyana zəng edib təsəlli verirdi. Kimin nə deməsindən və düşünməsindən asılı olmayaraq, Qarabağdakı qanunsuz silahlı birləşmələrin sonuna sayılı günlər qalır. Əgər rədd olub getməsələr, zərərsizləşdiriləcəklər.
Çünki özünə hörmət edən heç bir dövlət izni olmadan torpağında kiminsə ordusunun tör-töküntülərinin varlığı ilə barışa bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə
Avropa Azərbaycanın strateji roluna ehtiyac duyur - ŞƏRH
19:08 27.04.2026
Gündəm