“Bəzi səfirlərin Şuşada olmaması Azərbaycanın suverenliyinə hörmətsizlikdir”
Yusif Nəzərli
09:46 29.08.2022
Siyasət
446
“Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə verilməsi bir qədər gec oldu, çünki üçtərəfli bəyanata əsasən, bu, daha əvvəl baş verməli idi. Bu ərazilərin qaytarılması Azərbaycanın ərazi bütövlüyünün və bir zamanlar işğal altında olan bütün ərazilər üzərində suverenliyinin bərpası baxımından çox mühüm hadisədir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şuşada keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında bildirib.
“Üçtərəfli bəyanata əsasən, bu, (Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qaytarılması – red.) daha əvvəl baş verməli idi. Buna baxmayaraq, Azərbaycanın iradəsi və əzmkarlığı sayəsində bu ərazilərin ölkənin nəzarəti altına qayıdıb”, - səfir bildirib.
Onun sözlərinə görə, beynəlxalq tədbirin əhəmiyyətini nəzərə alaraq, bəzi səfirlərin Şuşada olmamasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər:
“Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də qeyd edib”.
C.Bağçı vurğulayıb ki, avqustun 26-da Ankaradan Füzuli Beynəlxalq Hava limanına ilk birbaşa kommersiya reysinin həyata keçirilməsi çox həyəcanlı hadisə olub:
“Əlbəttə, ilk belə uçuşu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan etmişdi. Amma bu, ilk kommersiya uçuşu idi. Bu, çox həyəcanlı və sevindirici hadisədir”.
Səfir bildirib ki, Füzuliyə səfər edən və Şuşada keçirilən konfransda iştirak edən şəxslər Azərbaycanın uzunmüddətli işğal nəticəsində dağıdılmış ərazilərini sürətlə bərpa etdiyini və infrastruktur qurduğunu görüblər:
“Bu da keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə buraya qayıtmasına imkan verəcək”.
“Azərbaycan ərazilərin tezliklə bərpası ilə bağlı bütün vədlərini yerinə yetirir”, - türkiyəli diplomat vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi