Fransa Prezidenti Emmanuel Makron öz siyasətini ölkə parlamentinə tətbiq edə bilməyən “axsaq ördək”ə çevrilib.
Teleqraf xəbər verir ki, Britaniyanın “The Times” qəzeti belə yazıb.
Məqalədə deyilir: "Prezident Makron çox az variantı olan axsaq ördəkdir. Fransa Şarl de Qolldan bəri görünməmiş demokratik böhranla üz-üzədir".
Məqalə müəllifinin sözlərinə görə, hazırda siyasətçinin qarşısında üç ssenari var: yeni Baş nazir təyin etmək, parlament seçkiləri keçirmək və ya könüllü istefa vermək.
Qeyd edək ki, oktyabrın 6-da Yelisey sarayı Fransa Baş naziri Sebastien Lekornunun istefa ərizəsini təqdim etdiyini və Makronun istefanı qəbul elədiyini açıqlayıb .
Beləliklə, Sebastien Lekornunun hökuməti başçısı kimi fəaliyyəti ölkə tarixində ən qısa müddət çəkib. O, bir aydan da az müddətə Nazirlər Kabinetinə rəhbərlik edib.