Brüssel formatı fiaskoya uğraya bilər! - Putin Soçi görüşünə açıq kartla qatıldı
Yusif Nəzərli
22:40 28.10.2022
Siyasət
545
"Rusiya prezidenti Ermənistanla Azərbaycan arasında yeni müharibədə maraqlıdır"
Ermənistan Rusiyanın təqdim etdiyi Bakı ilə münasibətlərin qurulmasının əsas prinsipləri ilə razılaşır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Tvitter"də yazıb. Baş nazir deyib ki, sentyabrın əvvəlində İrəvan Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında beynəlxalq münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılaşıb: "Bunu Soçidə təsdiqləməyə hazırıq. Ümid edirik ki, Rusiya təkliflərini dəstəkləyəcək". Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb. Görüş Aİ-nin xüsusi nümayəndəsinin Ermənistana səfəri çərçivəsində baş tutub. Armen Qriqoryan "Facebook" hesabında yazıb ki, İrəvan və Bakı arasında danışıqlar prosesindən danışılıb. “Hraparak” qəzeti Ermənistanın çətin geosiyasi seçim qarşısında olduğunu yazıb. Nəşr bildirib ki, bir tərəfdən İrəvana əvəzsiz dəstək verən Rusiya ilə çoxəsrlik coğrafi-tarixi əlaqələr, digər tərəfdən mütərəqqi və firavan Qərb, demokratik dəyərlər İrəvanı seçim qarşısında qoyub: “İrəvan ağır qərar qarşısındadır. Amma qərar verəndə Ukrayna məsələsini, onun bugünkü vəziyyətini də unutmamalıdır. Təcrübəsiz hökumətimiz düzgün istiqamət götürə və mürəkkəb münasibətlər dövründə Ermənistanı müdafiə edə biləcəkmi? Hər kəs narahatdır".
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Tovio Klaarın Ermənistana səfəri çərçivəsində Nikol Paşinyanın dəyişə biləcək siyasi mövqeyi müzakirə ediləcək. Analitikə görə, Soçi görüşündə Paşinyan Putinin planını qəbul edərsə, Brüssel formatı fiaskoya uğraya bilər: "Rusiya prezidenti Ermənistanla Azərbaycan arasında yeni müharibədə maraqlıdır. Rusiyanın iştirakı ilə üç sənəd imzalanıb. Kreml üç sənədi iki il ərzində manipulyasiya edib. Ona görə də Soçi görüşünə Putin açıq kartla qatılır. Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni sənəd ortaya çıxarıla bilər. Paşinyan məhz buna görə Rusiyanın irəli sürdüyü təkliflərlə razılaşacağını qeyd edib. Çox güman, Soçi görüşündən sonra ABŞ prosesə qatılacaq və növbəti dəfə İrəvanın "ipini çəkəcək". Rusiya isə Qarabağda qalıcılığını qorumaq üçün bütün avantüraya hazırdır. Moskva bir sıra ölkələr, o cümlədən İranla koordinasiyalı şəkildə fəaliyyət göstərir. Məncə, Soçi görüşündən sonra hərbi vəziyyət də gəriginləşə bilər. Yəni Soçi görüşü həll yox, gərginləşdirmə variantıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya