
Brüssel işıq gələn tərəf olmayacaq: Nəticə gözlənilmir
09:19 05.12.2021
Siyasət
966
Kənan Novruzov yazır

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin bu günlərdə deyib ki, hər iki tərəflə - həm Azərbaycan, həm də Ermənistanla müzakirələr davam edir: “Ümid edirik ki, vəziyyətin inkişafına töhfə verə bilərik. Biz humanitar məsələlərin müzakirəsi üçün dekabrın 15-də Şərq Tərəfdaşlarının sammiti çərçivəsində növbəti görüşü gözləyirik”, - o bildirib.
Brüssel görüşü ərəfəsində Qərbin belə bir bəyanatla çıxış etməsi gözlənilən idi. Eyni ilə Rusiya kimi Avropa təşkilatları da proseslərə daha çox təsir etmək istəyirlər. Çünki bu, onların regionda mövcudluğunun əsas şərtidir.
Əslində indiki məqamda şimal qonşumuzla Qərb arasındakı bu qarşıdurma bizə sərf edir. Onlar Cənubi Qafqaz uğrunda bir növ yarışırlar. Beləliklə, müxtəlif yollarla Bakı və İrəvanın diqqətini çəkməyə çalışırlar. Biz bu situasiyadan istifadə edərək öz maraqlarımızın təmin olunmasına nail ola bilərik. Başqa sözlə, hansı Qarabağ məsələsində daha ədalətli və real addımlar atsa, onunla yola davam edə bilərik.
Çətinlik yaradan məqam odur ki, Rusiya və Qərb nə Azərbaycanı "küsdürmək" istəyir, nə də Ermənistanı. Buna görə də onlar ciddi addım atmaqda maraqlı deyillər. Niyyətləri sadəcə prosesləri uzatmaq və moderatorluq statuslarından yararlanmaqdır. Qarabağ məsələnin tam həll olunacağı təqdirdə bölgədə heç bir üçüncü qüvvəyə ehtiyac olmadığı məlumdur. Ancaq dediyimiz kimi, biz vasitəçilərin bu cəhdlərindən öz xeyrimizə istifadə edə bilərik. Qərbin fəallaşması isə o qədər də qorxulu deyil. Əksinə, Rusiyanın təsir qüvvəsinin neytrallaşması baxımından, bəlkə də, xeyirlidir. Hər halda Moskvaya nisbətən, Qərbin regiona təsir imkanları daha azdır.
Brüsseldə keçiriləcək görüşdə ciddi nəticənin əldə olunacağı inandırıcı deyil. Amma Qərb tərəflərə müəyyən vədlər verə bilər. Bu, gələcək üçün Azərbaycan və Ermənistanın addımlarını nəzarətdə saxlamaqdan ötrü Avropanın həmləsi kimi qiymətləndirilməlidir. Doğrudur, nə Rusiya, nə də Qərb belə vasitəçilik səylərində səmimidir. Onların öz maraqları var. Əks halda problemlər çoxdan həllini tapmışdı. Lakin biz "yalançını axıra qədər qovarlar" prinsipi ilə davranmalı, lazım gələrsə Rusiyaya, Qərbə qarşı hücum taktikasını seçməliyik. Onlar başa düşməlidirlər ki, verdikləri bəyanatların ancaq söz səviyyəsində qalması, icra edilməməsi ilk növbədə özlərinə, beynəlxalq aləmdəki imiclərinə zərbədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz