Çavuşoğludan qlobal güclərə mesaj: “Ermənistan qətnamələrə uyğun davranmırsa...
Banuçiçək Kalbalıyeva
11:53 30.09.2020
Siyasət
586
“...Beynəlxalq hüquqdan imtina edirsə, deməli, məsələnin arxasında beynəlxalq güclərin maraqları var”
“Riyakar düşmənlə yenidən danışıqlar masası arxasına keçməyə dəyməz”
“Hərbi əməliyyatlar çox vacibdir, zəruridir və qaçılmazıdır”
“Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda atəşkəs çağırışı edirlər. Yaxşı, atəşkəs olsun, amma beynəlxalq təşkilatlar Ermənistana Azərbaycan torpaqlarından çıx deyir? Demir”. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib. Nazir, həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir. Doğrudan da, otuz ildir yatıb-yatıb, şirin yuxular görən həmsədrlər indimi oyanıblar?! Bizə lazım deyil belə vasitəçilər!
Vəziyyəti şərh edən politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, beynəlxalq qurumlar vaxtı ilə qəbul etdiyi qətnamələrə uyğun davranmalıdır:
“Mövlud Çavuşoğlunun bu fikirləri Ermənistanın havadarlığını həyata keçirən qlobal güclərə mesaj idi. Sözügedən təsisatların hərəkətləri ən böyük riyakarlıqdır. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan ordusunun işğal edilmiş ərazilərdən çıxması tələb olunur.
Təhlükəsizlik Şurası 27 il sonra məsələni yenidən müzakirəyə çıxarır və işğalçı ilə işğala məruz qalanı bərabərləşdirir. Hələ bu azmış kimi, tərəfləri atəşkəsə, danışıqların bərpasına çağırır.
Qəbul edilən qətnamələr isə unudulur. Əgər cırtdan düşmən qətnamələrin tələblərinə uyğun davranmırsa, beynəlxalq hüquqdan imtina edirsə, deməli, məsələnin arxasında qlobal güclərin maraqları var”.
N.Mirinin fikrincə, riyakar düşmənlə yenidən danışıqlar masası arxasına keçməyə dəyməz:
“Biz indiki şəraitdə qardaş Türkiyə ilə koordinasiyalı şəkildə hərbi və diplomatik fəaliyyətimizi davam etdirməliyik. Bu, ən doğru seçim və strategiyadır. Əzmkar mübarzənin nəticəsini yaxın zamanda görəcəyimizə inanıram.
Amma qlobal güclərin təzyiqlərinə rəğmən, cəbhədə hərbi əməliyyatlar dayandırılmamalıdır. Əminliklə deyirəm ki, belə addım Dağlıq Qarabağ probleminin yaxın perspektivdə həllinə mane olacaq. Gün bu gündür!
Dünyada heç vaxt indikitək boşluq olmayıb. Ermənistan hakimiyyətindəki zəiflikdən yararlanaraq torpaqlarımızı tapdaqdan azad etməliyik. Yalnız Ermənistan Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılandan sonra müvəqqəti atəşkəsə razılaşmaq olar. O vaxta qədər isə dediyim kimi, diplomatik və hərbi fəaliyyət davam etməlidir. Ermənistanın burnu əzilməlidir.
Düşmən ordusu darmadağın edilməyənədək işğalçılıq siyasətindən əl çəkməyəcək. Rəsmi İrəvanı elə vəziyyətə salmaq lazımdır ki, havadarları geosiyasi məqsədləri naminə ondan alət qismində istifadə etməkdə maraqlı olmasınlar. Bir sözlə, hərbi əməliyyatlar çox vacibdir, zəruridir və qaçılmazıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm