Cəbhədə məğlub olan düşmən xaricdə terrora əl atır ! – İfşa etməliyik !
Fidan Həmişəyeva
12:12 23.07.2020
Siyasət
707
“Nüfuzlu vəkillərin yardımından istifadə edərək, erməniləri məhkəmələrə verməliyik”
“Dünya mediasında düşmənin iç üzünü açmalıyıq”
ABŞ-ın paytaxtı Vaşinqtonda və Moldovanın payaxtı Kişinyovda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiyanı keçirən azərbaycanlılar səfirlik əməkdaşları və yerli ermənilərin hücumuna məruz qalıb. Və bir neçə soydaşımıza xəsarət yetirilib.
Azərbaycan Xarixi İşlər Nazirliyi (XİN) ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb. Bəyanatda nifrətə əsaslanan bu cinayət əməlləri qətiyyətlə pislənilir:
“Son bir həftə ərzində xaricdə Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terrorizm mahiyyəti kəsb edir, cinayət mahiyyəti daşıyır”. “Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərə və diplomatlara hücumların qarşısının alınması həmin ölkənin öhdəsindədir. Azərbaycan dost ölkələrə müraciət edərək, diplomatik nümayəndəliklərimizə və diplomatlarımıza, azərbaycanlılara qarşı törədilən əməllərin araşdırılmasını tələb edir. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza hüquqi yardımın təmin edilməsi üçün diplomatik nümayəndəliklərimizə lazımi təlimat verilib”.
Keçirilən aksiyada azərbaycanlılara olan hucumla bağlı fikirlərini “Sherg.az”la bölüşən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, bu, ilk belə hadisə deyil. Analitikin sözlərinə görə, ermənilər yüz illərdir, dünyanın müxtəlif ölkələrində türklərə qarşı terror həyata keçirirlər:
“Əslində, erməni terroruna qarşı zəif mübarizə aparırıq. Dünyada nüfuzlu vəkillər var. Onların yardımından istifadə edərək, erməniləri bu kimi terrorlara görə məhkəmələrə verməliyik. Nüfuzlu ziyalılar, mədəniyyət və elm xadimləri ilə də işləməli, ermənilərin terrorçu olduğunu bir daha sübuta yetirməliyik. Cəbhə xəttində məğlubiyyətə uğrayan ermənilər belə çirkin üsullara əl atırlar. Düşünürəm ki, savaşda məğlub olduqca, onlar daha çox terrora əl atacaqlar. Buna hazır olmalı və dünya mediasında ermənilərin iç üzünü açmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət