Ceyhun Bayramov Aİ-ni Azərbaycan və Ermənistana beynəlxalq hüquqa uyğun yanaşmağa çağırdı
Yusif Nəzərli
11:16 11.03.2022
Siyasət
564
11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünün nəticələri və azad edilmiş ərazilərdə infrastruktura dəymiş ziyan və dağıntıların miqyası, habelə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət barədə ətraflı məlumat verib. Bu xüsusda, Ceyhun Bayramov Avropa İttifaqı ölkələri tərəfindən beynəlxalq hüquqa uyğun yanaşmanın tətbiq edilməsinin vacib olduğunu vurğulayıb.
Ceyhun Bayramov Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələləri qeyd edib. Avropa İttifaqı ilə sazişin yekunlaşmasına verdiyimiz əhəmiyyət qeyd edilib.
Artis Pabriks ölkəsinin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini və Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini bildirib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu və bunun əlamətdar hadisə olduğunu vurğulayıb.
Görüşdə Ukraynada baş verən hadisələr və Azərbaycan tərəfindən Ukraynada böhranın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm