Ceyhun Bayramov iranlı həmkarına Ermənistanın təxribatları barədə DANIŞDI
Yusif Nəzərli
11:19 14.09.2022
Siyasət
416
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun qarşı tərəfin təşəbbüsü əsasında İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.
Bu barədə XİN məlumat yayıb.
Nazir həmkarına Ermənistanın beynəlxalq hüquq prinsiplərini, habelə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı əl atdığı növbəti genişmiqyaslı təxribatlar barədə məlumat verib. Azərbaycanın ərazi bütövlüyünə, hərbçilər və mülki şəxslərin təhlükəsizliyinə hədə törədən bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirlərinin görüldüyünü vurğulayan nazir təxribatın qarşısının alınması zamanı 50 hərbçimizin şəhid olduğunu diqqətə çatdırıb.
Azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işlərinin getdiyi, habelə iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin göstərildiyi bir vaxtda Ermənistanın bu təxribatının sülh prosesinə ciddi xələl gətirdiyi qarşı tərəfin nəzərinə çatdırılıb.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin narahatlıq doğurduğunu bildirib və bölgənin yeni qarşıdurmaya hazır olmadığını ifadə edib. O, bölgə ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının İran üçün vacib olduğunu qeyd edib. Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasındakı məsələlərin sülh yolu ilə danışıqlar vasitəsilə həllinin tərəfdarı olduqlarını və İranın bu xüsusda köməklik göstərməyə hazır olduğunu söyləyib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya