Ceyhun Bayramov İspaniya Senatının prezidenti ilə görüşüb - YENİLƏNİB
Yusif Nəzərli
12:24 08.09.2022
Siyasət
513
Azərbaycanın Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Senatının sədri Ander Xil Qarsiya ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliy məlumat yayıb.
Nazir Ceyhun Bayramov son 30 il ərzində Azərbaycan-İspaniya diplomatik münasibətlərinin dostluq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında qurulduğunu, iqtisadiyyat, ticarət, energetika, humanitar, təhsil, turizm və yüksək texnologiyalar sahəsində geniş əməkdaşlıq perspektivləri olduğunu vurğulayıb. Parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə böyük töhfə verəcəyi diqqətə çatdırılıb. Nazir post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası barədə məlumat verib.
Senatın sədri Ander Xil Qarsiya xarici işlər nazirinin səfərinin, diplomatik akademiyalar arasında memorandumun imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Səfər zamanı keçirilmiş ikitərəfli görüşlərin siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün önəmli olduğu qeyd edilib. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində əməkdaşlıq üzrə razılaşmanın icrasına İspaniyanın da alternativ enerji resurslarının inkişaf etdirilməsi baxımından töhfə vermək imkanlarının olduğu diqqətə çatdırılıb.
Görüş zamanı, Azərbaycan Milli Məclisinin Sədrinin 2021-ci ildə Madridə səfəri xatırlanıb və Qoşulmama Hərəkatının patlament şəbəkəsinin yaradılması qərarının məhz Madriddə verildiyi bildirilib.
Daha sonra ikitərəfli gündəlikdə duran məsələlər, regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.
***
15:22
Azərbaycan xarici işlər naziri Ceryhun Bayramov İspaniya Senatının prezidenti Ander Gil ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında məlumat verilib.
Görüşdə Azərbaycan-İspaniya arasında ikitərəfli və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, görüş nazir Bayramovun İspaniyaya səfəri çərçivəsində baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya