Ceyhun Bayramov Karen Donfridlə Ermənistanın sərhəddəki təxribatı barədə danışdı
Yusif Nəzərli
05:52 13.09.2022
Siyasət
422
Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib.
Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. Ermənistanın son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutmasının, Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmasının, ərazilərin minalanması işini davam etdirməsinin Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığının göstəricisi olduğunu vurğulayıb.
Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüzü ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqları kobud şəkildə pozduğu, bununla da aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılan bir zaman, hərbi gərginliyin artmasında maraqlı olmadığı ABŞ tərəfinə bildirilib.
Karen Donfrid bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya