Ceyhun Bayramov KƏŞ ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqda çıxış edib - YENİLƏNİB
22:11 14.04.2024
Siyasət
406
Aprelin 15-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov ökəmizin qardaş Mərkəzi Asiya ölkələri və KƏŞ ölkələri ilə ortaq tarixi və mədəni irsinin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və s. istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Hazırkı qlobal transformasiya dövründə mövcud çağırışlarla mübarizə kontekstində regional əməkdaşlıq çərçivəsində KƏŞ-Mərkəzi Asiya Strateji Dialoq formatının əhəmiyyəti qeyd olunub.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə olduğu kimi "Qlobal Şimal" və "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərimizdən biri olduğunu bildirib. COP29-un öz növbəsində bərpa olunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə texnoloji imkanları geniş KƏŞ ölkələrinin əməkdaşlığının inkişafı üçün fürsət ola biləcəyi diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycanın bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsinin vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.
Nazir həmçinin ölkəmizin Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini və gərginlik coğrafiyasının daha da genişlənməsi riskindən ciddi şəkildə narahatlığı diqqətə çatdırıb. Beynəlxalq hüquqa, regional dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin əhəmiyyəti vurğulanıb.
Tədbirin yekununda strateji dialoq üzvlərinin birgə bəyanatı qəbul olunub.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Strateji Dialoqun nazir səciyyəsində iclasında fəxri qonaq kimi iştirak edib.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
İclasda çıxış edən nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Çıxışda regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa inam və öhdəlik ifadə olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual