Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
17:25 09.10.2025
Siyasət
349
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
Sherg.az xəbər verir ki, nazir çıxışında Azərbaycanın mədəni diplomatiyaya sadiqliyini vurğulayaraq, 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda uğurla keçirilmiş 3-cü MDB Oyunları haqqında məlumat verib. O, həmçinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı elan olunmasına göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu çərçivədə şəhərin unikal irsini nümayiş etdirmək məqsədilə artıq çoxsaylı mədəni tədbirlərin həyata keçirildiyini qeyd edib.
Təhlükəsizlik çağırışlarına toxunan nazir, terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əlaqələndirilmiş səylərin vacibliyini vurğulayıb və bu sahələr üzrə birgə sənədlərin qəbul edilməsini alqışladığını bildirib.
Çernobıl faciəsinin 40-cı ildönümündən bəhs edən nazir, bu fəlakətin davam edən humanitar və ekoloji nəticələrini xatırladıb, həyatını itirənlərin və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, o cümlədən azərbaycanlı xilasedicilərin xatirəsini ehtiramla yad edib.
Nazir çıxışında, həmçinin Azərbaycanın MDB tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyəti vurğulayıb və ticarət dövriyyəsinin artımını müsbət dinamikanın göstəricisi kimi dəyərləndirib.
Çıxışının sonunda nazir, Azərbaycan Respublikasının MDB çərçivəsində etimadın möhkəmləndirilməsi və konstruktiv dialoqun təşviqinə sadiqliyini bir daha təsdiqləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə