Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşüb - FOTO
Yusif Nəzərli
10:54 11.03.2022
Siyasət
677
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlax arasında görüş baş tutub.
Görüş Türkiyədə, Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.
İrina Vlax Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinə aid olan Çadır-Lunqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə inşa etdirilən mədəni-maarif mərkəzinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.
Görüş zamanı tərəflər Ukraynada baş verən hadisələri və baş verənlərin sosial, iqtisadi və siyasi proseslərin inkişafına necə təsir edəcəyini müzakirə ediblər.
Görüşdə həmçinin enerji bazarında böhran və qeyri-sabitlik və iqtisadiyyatın bu seqmentində sabitliyin əldə edilməsi perspektivləri müzakirə edilib.
“Biz Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına göstərdikləri dəstəyə görə təşəkkür edirik. Qaqauziyada sosial-iqtisadi infrastrukturun lazımi inkişaf tempini və həyat səviyyəsinin yüksəlişini təmin etmək üçün bizim kifayət qədər daxili resurslarımız yoxdur. Dünya gözlənilməzlik və qeyri-sabitlik zonasına daxil olub. Bu il inflyasiyanın, qiymət artımının və həyat səviyyəsinin aşağı düşməsinin təzyiqi altında keçəcək. Moldova da qonşu ölkədən görünməmiş qaçqın axını ilə üzləşib. İqtisadiyyatımızın zəifliyi səbəbindən bütün çətinliklərin öhdəsindən gəlmək bizim üçün çətin olacaq. Bu il təhsil və səhiyyə sektorumuzu dəstəkləməkdə bizə kömək edə bilsəniz, sizə çox minnətdar olarıq, çünki qeyd etdiyim bu sahələr cəmiyyətimizin inkişafının əsaslarını təşkil edir”, – deyə İrina Vlax Ceyhun Bayramovla görüşdə qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət