Ceyhun Bayramov ÜTT-nin Baş katibi ilə görüşdü - YENİLƏNİB
Yusif Nəzərli
16:55 07.09.2022
Siyasət
540
Sentyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, C.Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu qeyd edib.
Nazir son illər ərzində ölkəmizdə turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə və regional səviyyədə turizm sahəsində təhsil və təlim imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. C.Bayramov həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib.
Z.Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycanın ÜTT-nin qərarverici orqanlarında təmsilçiliyi, birgə tədbirlərin və konfransların təşkili məsələləri, beynəlxalq təşkilatlarda turizm sahəsində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
20:09
Sentyabrın 7-də xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Sənaye, Ticarət və Turizm naziri Maria Reyes Maroto ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov ölkələrimiz arasında ticarət, energetika və turizm sahəsində əməkdaşlıq perspektivlərinin daha da artdığını qeyd edib. Azərbaycanda həyata keçirilən enerji layihələri və həmin layihələrdə İspaniya biznes dairələrinin iştirak etməsi imkanları barədə danışan nazir bunun ikitərəfli əlaqələrin inkişafı baxımından önəmli olacağını vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlıq üçün turizmin böyük əhəmiyyətə malik olduğu xüsusilə qeyd edilib. Post-münaqişə dövründə sülh quruculuğu tədbirləri, Azərbaycanın həyata keçirdiyi yenidənqurma işləri barədə məlumat verən nazir, işğaldan azad edilmiş ərazilərdə mədən sənayesi, kənd təsərrüfatı, turizm və alternativ enerji resurslarının inkişaf etdirilməsi üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Nazir Maria Reyes Maroto Azərbaycan xarici işlər nazirinin səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın onlar üçün böyük maraq kəsb edən ölkə olduğunu qeyd edib, xüsusilə iqtisadiyyat, ticarət və turizm sahəsində əməkdaşlıqda maraqlı olduqları bildirilib. İspaniya tərəfi Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğunu, qarşılıqlı sərmayələrin əhəmiyyət daşıdığını diqqətə çatdırıb. İqtisadi münasibətlərin şaxələndirilməsində, post-pandemiya dövründə əməkdaşlıqda, müharibədən sonra bölgəyə sərmayələrin qoyuluşunda maraqlı olduqlarını qeyd edib. İspaniyanın mülki quruculuq, tikinti və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində geniş imkanlara malik olduğu və bu sahədə Ələt Azad İqtisadi Zonası da daxil olmaqla, Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə etməyə hazır olduqlarını vurğulayıb.
Daha sonra, elm və təhsil sahəsində mübadilələri, təhsil institutları və universitetlər arasında əməkdaşlıq məsələləri ətrafında, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya