
Çin-Azərbaycan dostluğu: Bakı milli maraqlarını effektiv şəkildə qorumağı bacarır
07:32 25.04.2025
Siyasət
488
Çin-Azərbaycan münasibətləri qlobal güc mübarizəsində Azərbaycanın təsir imkanlarını genişləndirən strateji alət kimi çıxış edir
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri beynəlxalq siyasətdə maraqlı proseslərin cərəyan etdiyi bir dövrə təsadüf edir. Qlobal güc balansının yenidən formalaşdığı, ABŞ–Çin rəqabətinin kəskinləşdiyi və Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Azərbaycanın Şərqlə strateji əməkdaşlığa yönəlməsi regionda və dünyada maraqla qarşılanır.
Bu kontekstdə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Vüqar Dadaşov “Sherg.az”a açıqlamasında səfərin mahiyyətini və geosiyasi əhəmiyyətini geniş təhlil edib. Onun fikrincə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri təkcə Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilməməlidir. V.Dadaşovun sözlərinə görə, bu səfər, əslində, dünyanın yenidən formalaşdığı bir dönəmdə Azərbaycanın geosiyasi çəkisinin artmasının göstəricisidir:

“Hazırkı beynəlxalq münasibətlər sistemində ABŞ–Çin rəqabəti, Rusiya–Ukrayna müharibəsi, Avropa ilə Rusiya arasındakı qarşıdurmalar fonunda Azərbaycanla Çinin strateji tərəfdaşlığı mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın yalnız regional deyil, qlobal proseslərə də təsir imkanlarını artırır. Xüsusilə Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” və “İpək yolu” layihələri çərçivəsində Azərbaycanın iştirakı Pekin üçün mühüm dəstək hesab olunur. Eyni zamanda, Azərbaycanın Tayvan məsələsində Çinlə həmrəylik nümayiş etdirməsi, Bakının Pekin tərəfindən strateji tərəfdaş kimi qəbul olunmasına zəmin yaradır.
V.Dadaşov qeyd edib ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qeyd olunub ki, Çin Azərbaycanın təqdim etdiyi sülh gündəliyini dəstəkləyir:
“Bu, Pekinin adətən neytral mövqe sərgilədiyi beynəlxalq münasibətlərdə Azərbaycana yönəlik istisna hal kimi qiymətləndirilir. Hindistanın Ermənistanı silahlandırması, Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur. Bu zaman Çinin regionda artan rolu Azərbaycanın maraqları baxımından balans yaradır. Çinin həm Pakistanla müttəfiqlik münasibətləri, həm də Türkiyə ilə isti əlaqələri fonunda, Azərbaycan–Çin tərəfdaşlığı Bakının geostrateji mövqeyini daha da gücləndirir”.
Ekspertin sözlərinə görə, Rusiya–Ukrayna müharibəsində Çinin Moskva ilə yaxınlığı, Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan soyuqluq fonunda, Pekinin Bakıya dəstəyi yeni balans yaratmağa imkan verir:
“Eyni zamanda, Avropa İttifaqının Orta Asiyada möhkəmlənmək istəyində Azərbaycan üzərindən keçən enerji və tranzit yolları əsas amillərdəndir. Bu səbəbdən, Avropa Çinlə münasibətləri tənzimləyərkən Azərbaycanın maraqlarını da nəzərə almağa məcburdur”.
V.Dadaşov həmçinn əlavə edib ki, Azərbaycan-Çin münasibətlərinə həm də ABŞ-Çin rəqabəti və iqtisadi qarşıdurma kontekstindən də baxmaq mütləqdir:
“Bu ilin mart ayında İsrail milli missiyalar naziri Orit Ştrak açıqlamasında İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparıldığını bildirib. Əgər qeyd edilən kontekstdən Çin- Azərbaycan münasibətlərini dəyərləndirsək, qənaət belədir ki, Azərbaycan balanslı siyasət kursunu davam etdirir, qarşıdurma tərəfləri ilə siyasətində milli maraqlar əsas şərt kimi, həm də Azərbaycanın müttəfiqlərinin (xüsusən Türkiyə, Böyük Britaniya) ümumi maraqları hesaba götürülür. Qaldı ki Orit Ştrakın açıqlamasına, Azərbaycan-İsrail strateji müttəfiqliyinin rəsmiləşməsi mümkün görünsə də, ABŞ ilə bağlı qeyd etmək lazımdır ki, İran məsələsi həll olunmayınca üçtərəfli strateji müttəfiqlik hələ ki, mümkün deyil. ABŞ-də Donald Tramp hakimiyyətindən sonra üçtərəfli müttəfiqlik anlaşması daha da çətinləşə bilər”.
Yeni düzəndə Azərbaycanın rolunun güclənməsinə diqqət çəkən MCP funksionerinin dediyinə görə, Çin–Azərbaycan münasibətləri təkcə iki ölkənin maraqları çərçivəsində deyil, qlobal güc mübarizəsində Azərbaycanın təsir imkanlarını genişləndirən strateji alət kimi çıxış edir. Azərbaycan öz balanslı siyasəti ilə həm regional, həm də qlobal güclər arasında milli maraqlarını effektiv şəkildə qorumağı bacarır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm