Deputat sərt danışdı: “Bizə “dur” deyənlər indiyədək niyə səssiz idilər?!”
Banuçiçək Kalbalıyeva
07:36 02.10.2020
Siyasət
880
“Biz qan tökülməsinə maraqlı deyilik. Dediyim kimi, sülh tərəfdarıyıq. Amma otuz ildir Azərbaycana “gözlə” deyiblər”
“ATƏT-in Minsk qrupu heç bir nəticə ortaya qoymayıb. Sözün əsl mənasında sadəcə müşahidəçiliklə məşğul olub, tamaşa edib”
“İndi nə üçün Azərbaycan güclənəndə, qüvvələr nisbəti xeyrimizə dəyişəndə məsələyə münasibət bildirməyə başlayıb?!”
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Dövlət başçısı nitqi zamanı bir sıra mühüm məsələlərə toxunub. Həmçinin Azərbaycan əsgərlərinin xilaskar əsgərlər olduğunu söyləyən Prezident erməni xalqına müraciət edib:
“Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.
Bu barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Jalə Əliyeva Azərbaycanın sülh tərəfdarı olduğunu nəzərə çatdırdı:
“Hərbi əməliyyatlar başlandığı gündən etibarən Prezident İlham Əliyev dünyaya və Azərbaycan xalqına verdiyi mesajlarda sülhdən yana olduğunu deyir. Və bildirir ki, yalnız bütün çarələr tükənəndə hərbi yola da əl atacağıq. Sentyabrın 27-dən başlanan növbəti düşmən təxribatı nəticəsində mülki əhali arasında ölənlər oldu. Amma şanlı Azərbaycan ordusu həmişəki kimi bu təxribatın da qarşısını aldı. Biz bu gün-qüvvələr nisbətində də dəfələrlə öndə olduğumuz bir vaxtda humanistliyimizi, tolerantlığımızı, insanpərvərliyimizi qoruyuruq. Əli dinc sakinlərimizin, o cümlədən körpələrimizin, yaşlılarımızın, qocalarımızın qanına bulanmış Ermənistan hakimiyyətinə və xalqına deyirik ki, ordusunu əzəli Azərbaycan torpaqlarından geri çəksin”.
J. Əliyeva, həmçinin beynəlxalq qurumların mövqelərindən də danışdı:
“Biz qan tökülməsinə maraqlı deyilik. Dediyim kimi, sülh tərəfdarıyıq. Amma otuz ildir Azərbaycana “gözlə” deyiblər. Ötən müddət ərzində ATƏT-in Minsk qrupu heç bir nəticə ortaya qoymayıb. Sözün əsl mənasında sadəcə müşahidəçiliklə məşğul olub, tamaşa edib. Dünya bizdən indi atəşkəs istəyir. Bəs bu günədək niyə səssiz idi?! Nə üçün Azərbaycan güclənəndə, qüvvələr nisbəti xeyrimizə dəyişəndə məsələyə münasibət bildirməyə başlayıb?! Əminik ki, qələbə bizimlə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm