Deputat: “XİN başçısı mənasız danışıqlarda iştirak etməməlidir”
Banuçiçək Kalbalıyeva
14:43 16.09.2020
Siyasət
856
“Ən yaxşı halda nazir müavini səviyyəsində xüsusi nümayəndə heyəti yaradıla və onlar danışıqlarda iştirak edə bilərlər”
“Yox, əgər danışıqların səmərə verəcəyinə əmin olsaq, o, başqa məsələ”
Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib. Bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib. Həmsədrlər regiondakı vəziyyəti nəzərdən keçirmiş, xüsusilə də iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalardan sonrakı yeni dinamikaya xüsusi diqqət ayırıblar. Müzakirələr zamanı, həmçinin müvafiq tərəflərin xüsusi və ictimai mesajları və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib.
Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.
Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.
Deyəsən, ATƏT-in Minsk Qrupu özünə güvənir və vəziyyəti qaydasına qoyacağına inanır. Hərçənd ki, insan yeddisində nədirsə, yetmişində də odur. Görünür, həmsədrlər bu misalı eşitməyiblər.
Millət vəkili, politoloq Rasim Musabəyov Minsk qrupunun tərəfləri yenidən danışıqlar masasına dəvət etməsi barədə “Sherg.az”a danışıb:
“Bu, sözügedən qurumun funksiyasıdır. Onlar maaşlarını alıb, işlərini görürlər. İndiki məqamda danışıqlardan imtina etməyimiz beynəlxalq müstəvidə müsbət qarşılanmaz. Sadəcə danışıqlar prosesini Ermənistanın pozduğunu göstərməliyik.
Rusiya həmsədrlərdən biri olsa da, faktiki olaraq düşmən tərəfindədir. Sergey Lavrov deyir ki, danışıqlar masasındakı yeganə sənəd “Madrid prinsipləri”dir. Ermənistan isə bu prinsipləri rədd edir. Düşmən ilk növbədə yanaşmasını dəyişməli, prinsipləri tanımalıdır.
Əks halda mənasız danışıqların heç bir nəticəsi olmayacaq. Dediyim kimi, danışıqlardan imtina etməyimiz düzgün olmaz. Amma xarici işlər naziri belə mənasız danışıqlarda iştirak etməməlidir.
Ən yaxşı halda nazir müavini səviyyəsində xüsusi nümayəndə heyəti yaradıla və onlar danışıqlarda iştirak edə bilərlər. Yox, əgər danışıqların səmərə verəcəyinə əmin olsaq, o, başqa məsələ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya