Deputatdan haqlı mövqe:"Fransa həmsədrlikdən çıxmalıdır”
Banuçiçək Kalbalıyeva
10:24 02.10.2020
Siyasət
801
“Makronbəyanatında Azərbaycana təzyiqlərin göstərilməsini təklif etdi. Onun mövqeyi bizi düşündürməməlidir”
“Fransa prezidenti ikinci Ermənistan dövlətinin yaradılmasının tərəfdarıdır”
“Yaxşı, bunu çox istəyirsə, arzuladığı yerdə, lap elə Fransada ikinci erməni dövləti yaratsın. Etirazımız yoxdur”
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizi dəstəkləyən tərəflər olduğu kimi, əleyhimizə fikir səsləndirənlər də var. Onların başında isə Fransa durur. Fransa prezidenti Emanuel Makron, demək olar, bütün bəyanatlarında işğalçı ilə işğala məruz qalanı ən yaxşı halda eyniləşdirir. Bu isə düşmənə açıq-aşkar dəstəkdir. Makronun son günlər səsləndirdiyi fikirlər də birbaşa onun ermənipərəst mövqeyindən xəbər verir.
Bu barədə “Sherg.az”a münasibət bildirən deputat Məlahət İbrahimqızı düşünür ki, Fransa həmsədrlikdən çıxmalıdır:
“Bu mövqe təkcə Makronun yox, bütünlüklə Fransa cəmiyyətinin və hökumətinin mövqeyidir. Makrondan əvvəlki prezidentlər də belə olub.
Ümumiyyətlə, Fransa həmişə- bütün tarix boyu ermənipərəst mövqedən çıxış edib. Dünənki bəyanat zamanı da o, Azərbaycana qarşı ciddi təzyiqlərin olmasını təklif edirdi.
Beləliklə də, özünü növbəti dəfə ifşa etdi. Fransanın bu mövqeyi bizi qətiyyən düşündürməməlidir. Ən azından ona görə ki, Fransadan qat-qat güclü Almaniya bitərəf siyasət yürüdür.
Makron ikinci Ermənistan dövlətinin yaradılmasının tərəfdarıdır. Yaxşı, bunu çox istəyirsə, arzuladığı yerdə, lap elə Fransada ikinci erməni dövləti yaratsın. Etirazımız yoxdur. Əksinə, sevinərik. Amma cənab prezidentin də dediyi kimi, biz öz torpaqlarımızda ikinci Ermənistanın yaradılmasına icazə verməyəcəyik.
Dediyim kimi, bu yanaşma Makronun yox, Fransanın mövqeyidir. Ona görə həmin dövlət həmsədrlikdən çıxmalıdır. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti də bu fikri səsləndirən parlementariləri dəstəkləyir”.
M. İbrahımqızı, həmçinin başqa bir vacib məqama da toxundu:
“Paşinyan mediada yayır ki, onun təbirincə, Arsax, yəni Dağlıq Qarabağ xristianlıqla müsəlmanlıq dininin toqquşma nöqtəsidir. Bu fikirlə də xristianları köməyə çağırır. Bilmirəm, monoetnik dövlət olan Ermənistan necə, hansı haqlı belə düşünür.
Paşinyan indi məğlub olduğunu görüb, ən müxtəlif provokasiya üsullarına əl atır. Amma nəticəsiz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm