
Dörd zirvə, bir lider: İlham Əliyevin diplomatik qələbə marafonu -ŞƏRH
Yusif Nəzərli
10:03 19.10.2025
Siyasət
399
Son 15 gün ərzində Prezident İlham Əliyevin iştirak etdiyi dörd mühüm beynəlxalq zirvə toplantısı – BMT Baş Assambleyası, Danimarkada keçirilən Avropa Siyasi Birliyinin Zirvəsi, Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının iclası və Misirdə keçirilən Sülh Sammiti – dövlət başçımızın yüksək nüfuzunu və Azərbaycanın beynəlxalq aləmdə artan imicini bir daha nümayiş etdirdi. Cənab Prezidentin bu tədbirlərdə çıxışları, aparılan görüşlər və qlobal məsələlərə verdiyi rasional yanaşma həm onun şəxsən dünya liderləri arasında qazandığı hörmətin, həm də Azərbaycanın etibarlı tərəfdaş və sülhün təşəbbüskarı kimi tanınmasının bariz göstəricisidir. Bu iştiraklar Azərbaycanın qlobal proseslərdə artıq aktiv oyunçuya çevrildiyini, regional sabitlik və beynəlxalq əməkdaşlıq üçün zəruri mərkəz kimi qəbul edildiyini təsdiqləyir. Prezident İlham Əliyevin dünyada böyük nüfuzu, ona olan dərin hörmət, eyni zamanda dövlətimizin yüksələn imici və etibarlılığı Azərbaycanın diplomatik uğurlarının təməlini təşkil edir.
Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Azərbaycanın “yumşaq güc” adlanan diplomatiya imkanları və manevrləri onun iqtisadi, mədəni təzahürləri, eləcə də beynəlxalq sülh quruculuğundakı rolu əsasında formalaşan nəticələrə söykənir:

"Təbii ki, multikulturalist yanaşma nümayiş etdirməsi, Qoşulmama Hərəkatında fəal iştirakı, müasir neokolonializmə qarşı mübarizəsi və
sonradan BMT qətnamələrini əslində Azərbaycanın özünün icra etməsi və işğala son qoyulması prosesi yekunda bir nəticə doğurmalı idi. Bütün bunlar Azərbaycanın regionda oynadığı rolun məzmununa mühüm təsir göstərdi və ölkəmizi inkişaf etmiş regional gücə çevirdi. Son 15 gündə Prezident İlham Əliyev müxtəlif siyasi mərkəzlərdə və maraq təmsilçiləri ilə keçirdiyi görüşlərdə vahid Azərbaycan amilini ön plana çəkərək təmsil edə və tanıda bildi.
Azərbaycan brendi indi müxtəlif toqquşan tərəflər arasında yeganə lojistika, dialoq forması deməkdir. Üstəlik, dövlətimiz çox ümumi formada yox, konkret məsələlərə söykənir. Azərbaycan sülh quruculuğu istiqamətində dağılmış beynəlxalq nizamın yenidən formalaşmasında mühüm mərkəzdir.
Bütün bunlar qlobal proseslərdə dövlətin imicini, onun milli brendini ön plana çəkən, beynəlxalq miqyasda tanıdılması və möhkəmlənməsini reallaşdıran Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi siyasətin uğurlu göstəricisidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya