Düşmənin gücü tükənir: Ermənistan həyasızlıqla nəyəsə nail olmağa çalışır
Turan
11:12 13.02.2020
Siyasət
822
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN-in Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarıbekyan və Belyan Azərbaycana qarşı” qərarı ilə bağlı bəyanatına münasibət bildirib. XİN sözçüsü bildirib ki, AİHM-nin bu ilin 30 yanvar tarixində qəbul etdiyi qərarı yekun deyil. Azərbaycan tərəfinin 3 ay ərzində bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var.
L.Abdullayeva əlavə edib ki, Məhkəmənin sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib. Xatırladırıq ki, 2010-cu ilin sentyabr ayında erməni təxribat qrupunun qarşısı alınarkən Ermənistan vətəndaşı Manvel Sarıbekyan adlı kəşfiyyatçı özünə aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o, intihar edib və faktla bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işi açılıb.
Siyasi şərhçilərin fikrincə, işğalçı bir ölkənin öz diversantının aqibətinə görə, təcavüzə məruz qalmış Azərbaycanı Avropa Məhkəməsinə şikayət etməsi həyasızlıqdır. Avropa Məhkəməsinin düşmənin lehinə qərar qəbul etməsi isə daha ciddi riyakarlıqdır.
Məsələni “Şərq”ə dəyərləndirən politoloq Fuad Heydər bildirib ki, Ermənistanın indiyədək əldə etdiyi bütün “uğurlar”ın arxasında məhz bu cür saxtakarlıq, iftira və şər-böhtan dayanır.
Analitik vurğulayıb ki, nüfuzlu Avropa İnsan Haqları Məhkəməsinin erməni oyununa ortaq olması isə təəssüf doğurur:
“Ermənistan keçmiş dövrdən bugünədək həyasızlıqla nəyəsə nail olmağa çalışıb. Əslində İrəvanın narahatlığı erməni diversantın intiharı ilə bağlı deyil. Məsələ ondadır ki, Azərbaycan tərəfi son dönəmlərdə qəti şəkildə işğal altında olan torpaqların qaytarılacağını deyir və bununla bağlı bir sıra addımlar atır. Düşmənin təşvişə düşməsinə və Avropa institutlarına üz tutmasına səbəb budur. Ermənistan ciddi təşviş içindədir, ona görə də hər yola ət atır ki, Azərbaycanı “haqsız” çıxarsın və əl-qolumuzu bağlasın. Əgər Avropa ədalətə belə önəm verirsə, o zaman Qarabağın işğalına, Xocalı soyqırımına görə də təcavüzkar Ermənistana cəza tətbiq etsin. Lakin biz indiyə kimi ədalətli mövqenin şahidi olmamışıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya