
Əlaqələr əvvəlki məcrasına qayıdır: Moskva ilə Bakı arasında həlli görünməyən məsələ yoxdur
12:26 24.10.2025
Siyasət
365
Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.
Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, münasibətlərin yenidən dinamizm alması onu göstərir ki, əlaqələr əvvəlki məcrasına qayıdır:

"Çünki bir müddət, xüsusilə dekabrın 25-də baş verən təyyarə qəzasından sonra münasibətlərdə müəyyən soyuqluq müşahidə olunurdu. Bu da təbiidir, çünki Azərbaycanın haqlı reaksiyasına Rusiya vaxtında və tutarlı şəkildə cavab vermədi. Bu, normal sayıla bilməzdi-əksinə, anlaşılmaz və ziddiyyətli münasibət idi. Nəticə etibarilə, biz gördük ki, Rusiya Prezidenti artıq Düşənbədə keçirilən görüş zamanı bütün spektr üzrə mövqeyini açıqladı, məsuliyyəti üzərinə götürdü və hadisəyə dair üzrxahlıq bildirdi. Bu isə Azərbaycan tərəfinin haqlı tələbi idi. Belə hadisələr öz izini qoyur, təsirini göstərir. Amma dövlətlərarası münasibətlərin hər hansı bir insidentə görə qırılması, zəifləməsi və ya çökməsi düzgün yanaşma sayıla bilməz. Münasibətlər zamanla formalaşır, addım-addım möhkəmlənir, daha güclü və dayanıqlı hala gəlir. Onlar uzunmüddətli siyasi və iqtisadi fəaliyyətin nəticəsidir. Bu baxımdan dövlət başçıları arasında baş tutan son telefon danışığı bir daha göstərdi ki, dialoq yüksək səviyyədədir, əməkdaşlıq ruhu və işgüzarlıq mühiti qorunur. Digər tərəfdən, cari məsələlərin çoxluğu liderlərin vaxtaşırı təmasını qaçılmaz edir. Yaxın günlərdə Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı qeyd etdiyi kimi, bu, son üç ildə onun yeddinci səfəri idi və həmin dövrdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev də altı dəfə Azərbaycana gəlmişdi. Bu fakt onu göstərir ki, liderlərin mütəmadi görüşləri və aktual məsələlərin birgə müzakirəsi regional sabitlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Təmaslar qırılmamalıdır, əksinə, onların davamlı olması əhəmiyyət daşıyır".
Anakitikin sözlərinə görə, hazırda Moskva ilə Bakı arasında ciddi və həlli görünməyən məsələ yoxdur:
"Bu da onu göstərir ki, tərəflər bir-birinə doğru addımlar atır, qarşılıqlı anlayış və əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Həm Vladimir Putin, həm də Prezident İlham Əliyev münasibətlərin qurulması və möhkəmləndirilməsi istiqamətində eyni iradəni nümayiş etdirirlər. Onların bu qarşılıqlı addımları təkcə siyasi anlaşmanı deyil, həm də etimad mühitinin dərinləşməsini təmin edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə