
Elçin Mirzəbəyli: ABŞ-nin Cənubi Qafqazdakı sülhə münasibəti bizə məlumdur
14:04 10.06.2024
Siyasət
597
ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında Cənubi Qafqazda sülhü dəstəklədiklərini bəyan ediblər.
Qeyd edilib ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir.
Xatırladaq ki, Co Bayden və Emmanuel Makron iyunun 8-də Parisdə danışıqlar aparıblar.
Əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun Parisdə danışıqların nəticəsi olaraq 66 bənddən ibarət bəyanat yayımlanıb:
"Bəyanatın yalnız 9-cu bəndində Cənubi Qafqazda baş verən proseslərə toxunulub. Həmin bənddə əsasən Gürcüstanla bağlı məqamlar yer alıb. Bəyanata görə ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və möhkəm sülhün təmin olunmasından yanadır. Onlar həmçinin gələcək regional inteqrasiyanın əhalinin maraqlarına uyğun olduğunu bəyan ediblər. Sual yaranır ki, burada Cənubi Qafqazdakı inteqrasiyadan söhbət gedir? Bəyanatı ABŞ və Fransanın qəbul etdiyini nəzərə alsaq burada söhbətin əsasən Qərbə inteqrasiyadan getdiyini demək olar".

Ekspert əlavə edib ki, ABŞ-nin Cənubi Qafqazdakı sülhə münasibəti bizə məlumdur:
"Bundan öncə Baydenin İlham Əliyevə qısa müddət ərzində 2 müraciətində sülh istiqamətindəki səylər və Azərbaycanla Ermənistan arasındakı razılaşmalarda dəstəklənir. Bu aspektdən düşünürəm ki, Fransanın ABŞ ilə ortaq bəyanatda ABŞ-nin mövqeyinə zidd fikir səsləndirməsi mümkün deyil. Fransanın məsələyə ümumi mövqeyi isə bizə bəllidir. Əgər məsələ Fransanın bilavasitə öz baxış bucağına qalsaydı şübhəsiz ki, bu bəyanatda Cənubi Qafqazda sülhə mane olan bir sıra məqamlar yer almış olardı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm