
Ərdoğan namizəddir!
Ərdoğan namizəddir!
Yusif Nəzərli
21:32 19.09.2022
Siyasət
412
İqtidar, müxalifət hələ bütün kartlarını açmayıb
Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələri barədə danışmaq tezdir
Türkiyədə prezident seçkiləri 2023-cü ilin iyun ayının 18-də keçiriləcək. Türkiyədə gələn il keçiriləcək seçkilər təkcə qardaş ölkədə deyil, həm də regionda və dünyada diqqətlə izlənilir. Rusiya-Ukrayna müharibəsində tərəflər arasında barışcıl missiyanı öz üzərinə götürən, qlobal taxıl probleminin həlli istiqamətində ciddi səylər göstərən Türkiyənin yeni liderinin kim olacağı maraq doğurur. Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri yerli qanunlara görə eyni gündə keçirilir. Seçki mübarizəsi hakim AKP və tərəfdaşı MHP-nin təşkil etdiyi "Cümhur İttifaqı" ilə 6 müxalif partiyanın təmsil olunduğu "Millət İttifaqı" arasında gedəcək. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə yenidən namizəd olacağını elan edib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı da 2023-cü ildə keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Ərdoğanı dəstəkləyəcəyini bildirib. Altı partiyadan ibarət müxalifət bloku hələ ki öz vahid namizədini açıqlamayıb.
Qeyd edək ki, müxalifət bundan əvvəl bildirmişdi ki, Türkiyənin hazırkı prezidenti seçkilərdə iştirak edə bilməz, çünki bu, onun üçüncü müddəti olacaq. Ədliyyə Nazirliyinin rəhbəri isə dəfələrlə bəyan edib ki, 2018-ci ildə Türkiyədə parlament idarəetmə formasından prezident üsul-idarəsinə keçidindən sonra qarşıdan gələn prezident seçkiləri Ərdoğan üçün ikinci seçki olacaq.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə deyib ki, Türkiyədə 2023-cü ilin iyununda keçiriləcək prezident seçkilərində “Cümhur İttifaqı”nın vahid namizədi bəllidir. Partiya təmsilçisi vurğulayıb ki, indi gözlər müxalifətə yönəlib:
"6 partiyanın birləşdiyi “Millət ittifaqı”ndan prezidentliyə vahid namizəd kim olacaq? "Millət ittifaqı"nda əksər üzvlər Mansur Yavaş, Əkrəm İmamoğlunun və Kamal Kılıçdaroğlunun namizədliklərinə müsbət baxırlar. Seçki prosesinin fonunda əsas müzakirələrdən biri də seçki kampaniyası dövründə Türkiyə daxilində qarşıdurmaların yarana biləcəyi, gərginliyin olacağı ilə bağlıdır. Qardaş ölkənin Qərblə davam edən gərgin münasibətləri fonunda daxildə ciddi təhlükələr yaşaya biləcəyi barədə narahatlıqlar səsləndirilir. Qərbin hər vəchlə seçki prosesinə təsir etmək üçün hərəkətdə olacağı deyilir".
S.Əsədliyə görə, seçkilərin nəticələri barədə hələ danışmaq çox tezdir, çünki proseslər yeni başlayır: "Tərəflər hazırda bütün kartlarını açmayıblar. Ona görə konkret söz demək çətindir. İqtidarın bir qədər vəziyyəti asandır. Çünki əvvəlcədən MHP ilə ”Cümhur ittifaqı” qurub, nə etdiklərini bilirlər, namizədləri də bəllidir. Amma müxalifətə gəldikdə, burada tamam fərqli situasiya yaşanır. Tam şəkildə namizədin kim olduğu bilinmir. Müxalifət gedişlərini və namizədini düzgün müəyyənləşdirərsə, o zaman geniş müxalifət koalisiyası ikinci tur reallığını qazana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya