Ərdoğanın Paşinyanla görüşü gözlənilir
Ərdoğanın Paşinyanla görüşü gözlənilir
Yusif Nəzərli
09:46 23.09.2022
Siyasət
455
Əgər baş nazir sülh prosesinə razılıq versə, sərhədlərin müəyyənləşməsinə problem yaratmasa, bu, Ermənistan üçün böyük fürsət olar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə bilər. Bunu Prezident Ərdoğan ABŞ-ın Nyu-York şəhərindən səfərdən qayıdandan sonra söyləyib. O, Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi hazırda dəyərləndirdiklərini bildirib: “Praqadakı sammitdə iştirak etsək, Paşinyan da ora gələ bilər. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək. Amma təbii ki, Qafqazda bu məsələlərlə bağlı bizim də müəyyən addımlarımız olacaq. Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”.
Ərdoğanın açıqlamasını "Şərq"ə təhlil edən politoloq Turab Rzayev bildirib ki, 44 günlük müharibədən və üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan və Türkiyə ilə Ermənistan arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, sərhədlərin açılması, nəqliyyat-logistika xətlərinin fəaliyyətə başlaması çox vacib məsələlər hesab olunur. Analitikə görə, məğlub Ermənistanı düşmənin qucağına atmaq əvəzinə, özümüzə tərəf çəkmək daha məqsədəuyğundur: "Əks halda Ermənistan revanşist meyillərlə yenidən Rusiyaya möhtac olacaq və Moskvanın yanında yer alacaq. Biz isə istəyirik ki, Ermənistan Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələr qursun, sərhədləri açsın. Yəni İrəvan öz gələcəyini Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərində görsün. Çünki 2 milyonluq Ermənistan 10 milyonluq Azərbaycan və 80 milyonluq Türkiyə ilə düşmən kimi yaşaya bilməz. Həm Bakıda, həm də Ankaradan çox müsbət addımlar atıldı. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla iqtisadi əlaqələr, hava reysləri bərpa oluna bilər. Azərbaycan da buna etiraz etmir və sülhdən, normal münasibətlərdən yana olduğunu hər dəfə vurğulayır. Ancaq Ermənistan tərəfindən bütün proseslərlə bağlı ciddi yubatma, ləngitmə hiss olunur. Bu yubatma da sərhəd təxribatı, revanşist qüvvələrin güclənməsi, danışıqların pozulması ilə həyata keçirilir".
T.Rzayev vurğulayıb ki, Paşinyan özü Türkiyə lideri ilə görüş istəmişdi. Hətta bunun üçün Gürcüstan rəhbərliyinə də müraciət etmişdi ki, vasitəçi olsun: "Əsas məsələ Paşinyanın görüşlərdə üzərinə götürdüyü öhdəliklərə, verdiyi sözə əməl etməsidir. Əgər Paşinyan sülh prosesinə razılıq versə, sərhədlərin müəyyənləşməsinə problem yaratmasa, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda maraqlı olsa, bu, Ermənistan üçün böyük fürsət olar. Türkiyə Ermənistanla sərhədləri açmaqla, iqtisadi əlaqələri genişləndirməklə İrəvan üzərinə təzyiq və təsir imkanı da qazanacaq. Nəticədə Ermənistan Türkiyənin iqtisadi əlavəsinə çevriləcək. Bu, çökən Ermənistan iqtisadiyyatı üçün böyük imkanlar deməkdir. Həm də Türkiyə və Ermənistan bununla Ermənistanın yenidən hansısa xarici qüvvələrin əlində alət olmasının qarşısını almış olar. Ona görə mən bu təklifi çox müsbət qiymətləndirirəm. Eyni zamanda Ərdoğanın "qardaşım İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq" deməsi də Ermənistana açıq mesajdır. Ərdoğan diqqətə çatdırır ki, İrəvan düşünməsin ki, bu prosesdə Azərbaycanla Türkiyənin münasibətlərini korlaya bilərlər. Yəni eyni anda Türkiyə ilə normal münasibətləri qurmaq və Azərbaycanla düşmənçilik etmək mümkün deyil. Azərbaycan və Türkiyə Ermənistanla yaxınlaşmanı koordinasiyalı şəkildə edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm