
Ermənilər ayılıblar
Yusif Nəzərli
09:01 04.02.2022
Siyasət
568
Sorğunun nəticələri göstərir ki, cəmiyyət Rusiyanı özlərinə təhlükə hesab edirlər
Rusiya Ermənistanın təhlükəsizliyinə ən çox təhdid törədən ölkələrin reytinqində 3-cü pillədə qərarlaşıb.
APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə IRI İnstitutunun Ermənistanda apardığı sorğuların nəticələri göstərir.
Respondentlərin fikrincə, Ermənistana ən böyük təhdidi Türkiyə (88 faiz) və Azərbaycan (81 faiz) törədir. Rəyi soruşulanların 15 faizi Rusiyanı siyasi, 17 faizi isə iqtisadi baxımdan təhlükə hesab edir.
Türkiyə üçün bu göstərici müvafiq olaraq 90 faiz və 68 faiz, Azərbaycan üçün isə 77 faiz və 52 faiz olub.
Bununla belə, 57 faiz Ermənistan vətəndaşı Rusiyanı əsas siyasi müttəfiq adlandırıb. Növbəti yerlərdə Fransa (50 faiz) və ABŞ (38 faiz) qərarlaşıb.
Respondentlərin 61 faiz Rusiyanı, 40 faiz İranı və 29 faiz isə Çini əsas iqtisadi tərəfdaş sayır.

Ermənistanın himayədarı olaraq bilinən Rusiyanın cəmiyyət tərəfindən təhdid hesab olunması diqqət çəkən məqamdır.
Bu barədə fikirlərini “Şərq”lə bölüşən politoloq Natiq Miri bildirib ki, bu qismən Paşinyanın yeritdiyi siyasətin nəticəsi hesab oluna bilər.
“Ancaq onun hakimiyyəti dövründə rəhbərlik etdiyi hökumətin heç bir uğurlu fəaliyyəti yoxdur. Buna görə də erməni ictimaiyyətinə ciddi şəkildə təsir edə bilməz. Ötən müddət ərzində xalq Kremlin çətiri altında olmağın Ermənistana təhlükəsizlik vəd etmədiyinin şahidi olub. Son 44 günlük müharibədə də onlar gördü ki, Rusiya öz “müttəfiq”lərini çox rahat şəkildə sata bilər. Bu nəticələrin səbəbi erməni xalqının uzunmüddətli təcrübəsindən yaranan təəssüratdır.
Bu günə qədər Rusiyanın himayə etdiyi hakimiyyətlər, xüsusilə də "Qarabağ klanı" Ermənistana müsbət heç nə qazandırmayıb. Əksinə, yalnız bəlalar gətirib.
Nəticədə bu gün onlar demoqrafik faciə qarşısındadır. Ermənistan sürətlə boşalır, qaçan-qaçanadır. Çünki insanlar bu ölkənin gələcəyini yaxşı görmürlər. Bunun əsas səbəbi Moskvanın dəstəklədiyi Sarkisyan və Koçaryan kimi başkəsən, terrorçu ünsürlərdir. İndi nə bu şəxslərə, nə onları dəstəkləyən Rusiyaya inamları qalıb. Hətta bu ölkəni özlərinə ciddi təhlükə hesab edirlər. Çünki Rusiyanın Gümrüdə hərbi bazası yerləşir.
Artıq Ermənistan ictimaiyyəti ölkənin müsbət perspektivinin Rusiya ilə bağlı olduğunu düşünmür. Onlar inkişafı Qərbə inteqrasiya və qonşu ölkələrlə münasibətlərin tənzimlənməsində görür”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
12:50 01.10.2026
Ölkə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət