
Ermənilər “böyük Ermənistan” xülyasından oyandı - ŞƏRH
05:36 01.10.2025
Siyasət
462
Paşinyan Azərbaycanla əldə edilən sülhü “yeni doğulmuş uşaq” kimi qorumağın vacibliyini vurğulayır
Yaxın müddətdə bölgəmizə sülh gələcək və revanşistlər, radikallar, Kilsə məğlub olacaq
“Artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub”. Bunu AŞPA-da çıxışında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, bu təkcə Ermənistan hökuməti və erməni xalqının nailiyyətidir, bu, eyni dərəcədə həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqının nailiyyətidir: "Belə olmasaydı, sülh də olmazdı.
Bu, eyni dərəcədə həm Ermənistan, həm də Azərbaycan parlamentinin nailiyyətidir". Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycan yekun sülh sazişinin imzalanması üçün böyük həcmdə iş görüb. Hökumət başçısı əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib. O, qeyd edib ki, partiyası 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumunu təşkil edəcək: "2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumuna başlayacağıq".

Millət vəkili Azər Badamov deyib ki, Ermənistan cəmiyyəti illər boyu boş xəyallarla yaşayıb və bu ölkə heç vaxt müstəqil olmayıb. Parlament üzvü vurğulayıb ki, Ermənistan daim böyük güclərin sifarişlərinin icraçısına çevrilib:
"Ermənistan Baş naziri Nikol Paşinyan hazırda "real Ermənistan" layihəsini erməni ictimaiyyətinə təqdim edir. Paşinyan tərəfindən çoxşaxəli mesajlar səsləndirildi. Baş nazir açıq etiraf edir ki, uzun müddət Ermənistanda dəbdə olan "vətənpərvərlik" sovet ideologiyası üzərində qurulmuşdu. Ermənilər "böyük Ermənistan" xülyası ardınca gedirdi. 44 günlük müharibədə Azərbaycan Ermənistanın başına elə güclü zərbə vurdu ki, ermənilərin ağılları başlarına gəlməyə başladı. Paşinyan hökuməti baş verənlərdən dərs çıxararaq, prosesləri düzgün dəyərləndirərək bugünki Ermənistanın harada olduğunu, hansı olduğunu müəyyən etməyə başladılar".
Deputatın fikrincə, artıq baş nazir Ermənistanın müstəqilliyi, sərhədləri, legitimliyi, suverenliyi barədə danışır:
"Ermənistanın qonşularla normal əməkdaşlığının şərt olduğunu deyir. Paşinyanın mesajları müsbətdir. O deyir ki, Azərbaycanla əldə edilən sülhü "yeni doğulmuş uşaq" kimi əzizləməlidirlər. Bu, mühüm mesajdır və eyni zamanda proseslərin nə qədər kövrək olduğunun da göstəricisidir. Əfsuslar ki, Ermənistanda revanşistlərin aktivliyi də ortadadır. Onlar sülh reallığını qəbul etmək istəmir, hər vəchlə prosesi pozmağa çalışırlar. Amma onların sayı çox azdır. Rəy sorğuları göstərir ki, Ermənistanda sülh istəyənlərin sayı xeyli çoxalıb. Bu da hadisələrin tədricən gərgin müstəvidən çıxacağını deməyə əsas verir. Yaxın müddətdə bölgəmizə sülh gələcək və revanşistlər, radikallar, Kilsə məğlub olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət