
Ermənistan ABŞ-la imzalanan sənədi həddindən artıq şişirdir - Tofiq Zülfüqarov
14:02 15.01.2025
Siyasət
529
"Fikrimcə, bu sənəd gələcəkdə ABŞ-Ermənistan münasibətlərində problemlər yaradacaq. Çünki Bayden administrasiyasının səlahiyyətlərinin bitməsindən bir həftə əvvəl bu sənədə qol çəkməsi qəribədir"
Yanvarın 14-də ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinkenin Vaşinqtonda baş tutan imzalanma mərasimi Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb. Bu sənəd iki ölkə arasındakı əməkdaşlıq prinsiplərini, ticarət-iqtisadi münasibətləri, müdafiə və təhlükəsizlik, həmçinin digər sahələrdə dərinləşmiş əməkdaşlığı nəzərdə tutur. İmzalanan tərəfdaşlıq sazişi həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Xatırladaq ki, mövzu ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da açıqlama verib və bildirib ki, "Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamaq qərarı ölkənin tamamilə suveren hüququdur".
Sözügedən sazişin Bakının maraqları və bölgədəki güc balansına təsirini müzakirə etmək məqsədilə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova müraciət etdik. O, "Sherg.az"a imzalanan sazişin əhəmiyyətinin beynəlxalq ictimaiyyətdə Ermənistan tərəfindən şişirdildiyini vurğulayıb:

"Mən bu sazişin regiondakı təsirinin çox olacağını hesab etmirəm. Ermənistan tərəfi bu sənədin əhəmiyyətini həddindən artıq şişirdir. Lakin real vəziyyət tam fərqlidir. Azərbaycan uzun müddət ABŞ ilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq edib. Bu əməkdaşlıq çərçivəsində hər il mütəmadi olaraq görüşlər və praktiki müzakirələr təşkil olunub. Qeyd edim ki, Birləşmiş Ştatlar, Ermənistandan fərqli olaraq, Azərbaycana sərhəd təhlükəsizliyi və Xəzər dənizindəki təhlükəsizlik məsələlərində bir çox layihələri maliyyələşdirib və icra edib. Ermənistanla isə belə bir əməkdaşlıq mövcud deyil, çünki bu ölkə Rusiya ilə hərbi müttəfiqlikdə idi. Ermənistan və Rusiya arasında KTMT-dən başqa ikitərəfli hərbi müttəfiqlik sazişi mövcuddur və bu saziş hələ də qüvvədədir. Hazırda onların müştərək hərbi birləşmələri fəaliyyət göstərir. Əlavə olaraq, Ermənistanın hava müdafiə sistemi birbaşa Moskva tərəfindən idarə olunur. Əvvəllər ABŞ, bu əməkdaşlığa görə, Ermənistanla hərbi əməkdaşlıq etmirdi. Lakin Bayden administrasiyasının dövründə erməni lobbisinin təsiri nəticəsində bu məsələyə fərqli yanaşılır. Mənim fikrimcə, bu sənədin imzalanması əməkdaşlıqların genişləndirilməsi kimi görünsə də, gələcəkdə ABŞ-Ermənistan münasibətlərində problemlər yaradacaq. Çünki Bayden administrasiyasının səlahiyyətlərinin bitməsindən bir həftə əvvəl bu sənədə qol çəkməsi qəribədir. Bəlkə də erməni diasporasının ənənəvi olaraq demokratları dəstəkləməsi ilə əlaqədar olaraq, Bayden həmin addımla öz "borcunu" qaytarmağa çalışır. Əminəm ki, Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra bu hadisəyə ciddi reaksiya verəcək. Elə dediyim səbəblərə görə də sənədin ermənilər üçün problemlər yaradacağı qaçılmazdır."
Tofiq Zülfüqarov əlavə edib ki, sazişə Rusiyanın etiraz etməməsi dediklərini doğrulayır:
"Son illər Moskva-İrəvan arasındakı problemlər şişirdilir. Doğrudanmı, onların münasibətləri pisləşib? Xeyr, əksinə, əməkdaşlıqları əhəmiyyətli dərəcədə artıb. Yalnız ABŞ-nin Ermənistana yanaşması Baydenin dövründə bir qədər dəyişib. Həmişə Rusiyanın müttəfiqi kimi tanınan Ermənistan belə əməkdaşlıqlardan məhrum idi. Peskovun açıqlamasından da görürük ki, Kreml bu müqavilənin imzalanmasında öz maraqlarına heç bir təhlükə görmür. Yenə də qeyd edirəm ki, Paşinyan Rusiyaya zidd gedərək bir saziş imzalayıb. Bu, Moskva ilə razılaşdırılmış bir məsələyə əsaslanır ki, həmin müqavilə imzalansın və Paşinyan öz siyasətini davam etdirsin."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol