Ermənistan artıq müqavimət göstərmək gücündə deyil
Ermənistan artıq müqavimət göstərmək gücündə deyil
Yusif Nəzərli
08:42 06.09.2022
Siyasət
429
Əgər təxribatlar davam edərsə, Azərbaycan Ordusunun irəliləmə miqyası genişlənəcək
Ötən həftə sonu və dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Laçın rayonlarında yerləşən bölmələrimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb və erməni təxribatının qarşısı alınıb. Erməni silahlı birləşmələri ümumilikdə 19 dəfə atəşkəsi pozub. Bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədində, digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlıları tərəfindən törədilib.
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşdükdən sonra sərhəddə hərbi təxribat əməlləri özünü büruzə verdi. Analitikin fikrincə, insident hərbi məzmunlu olsa da, bunu Nikol Paşinyanın Azərbaycana təqdim etməyə məcbur qaldığı güzəştlər silsiləsi kontekstində izah etmək məntiqi yaranır:
"Birincisi, sülh danışığının raundunu hansı tərəfin - Rusiya və ya Avropa İttifaqının təşkil etməsindən asılı olmayaraq, qapalı şəraitdəki danışıqların nəticələri Azərbaycanın sərhəddəki mövqelərinin daha da yaxşılaşdırılmasını şərtləndirir. İkincisi, Azərbaycan Paşinyanın hər dediyinə dərin inam bəsləmir. Onun vaxt uzatmağa dair hiyləgər təcrübəsinin yenidən canlanacağı ehtimalına qarşı sərhədi bütün parametrlər üzrə möhkəmləndirir. Sərhədlərdə mövqelər uğrunda gedən çəkişmədə Azərbaycan özünün dəstəkçisi kimi ən çox Türkiyəyə etibar edir. Hərçənd, Rusiya və Qərb də Bakının mövqeyinə fundamental etiraz səsləndirmirlər. Beynəlxalq miqyasda ortada olan və açıq görünən etirazlar Azərbaycanın əleyhinə olmaq cığırından çıxaraq Rusiya-Qərb rəqabəti çərçivəsinə girir ki, bu da Bakını çox narahat etmir. Çünki sərhəddəki əməliyyat şəraiti və ona nəzarət Azərbaycanın əlindədir və sükanı istədiyi tərəfə döndərmək potensialı yeni mövqelərdə möhkəmlənməklə hər keçən gün inkişaf etdirilir. Tam əminliklə demək olar ki, Azərbaycan sərhəddə Ermənistanın içərilərinə doğru açılan mənzərəni ən müasir texniki vasitələrlə, eləcə də vizual və kəşfiyyat imkanları ilə nəzarətdə saxlayır".
Ekspert vurğulayıb ki, Ermənistan hər nə qədər çalışsa da, sərhəddə Azərbaycanın atdığı addıma qarşı müqavimət göstərmək gücündə deyil:
"Ermənistanın ordusu dağılıb, şəxsi heyət arasında dərin isterika hökm sürür və komandanlıq başını itirib. Üstəgəl, bu cür xaotik vəziyyət Ermənistan siyasi hakimiyyəti tərəfindən də qəbul edilmiş kimi görünür. Digər yandan, Azərbaycan sərhəd zonasına hərbi texnikalar, ən müasir silahlarla yanaşı, canlı qüvvə olaraq da elit bölmələrin bir qismini yerləşdirib. Şəxsi heyətin başqa hissəsi isə quru qoşunlarının digər bölmələridir ki, bu da mümkün risklərə qarşı hərbi əməliyyatın gücünü artıran vahid vasitəyə çevrilir. Əgər risklər praktiki təzahürlərlə müşayiət edilərsə, Azərbaycan Ordusunun irəliləmə miqyası genişlənəcək. Ermənistanın təxribat məqsədilə güllə buraxdığı atəş nöqtələri bir başqa formada susdurulacaq. Məsələnin siyasi tərəflərində də təəccüb yaradacaq məqamlar axtarmağa dəyməz. Çünki Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində güc mərkəzlərinin balansı dəyişməyib. Türkiyə Azərbaycanın strateji müttəfiqi, Rusiya və Qərb isə strateji tərəfdaşı kimi Bakının mövqeyinə sahib çıxırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi