Ermənistan Rusiyadan qorxur! - ŞƏRH
Yusif Nəzərli
10:44 26.08.2022
Siyasət
1507
Elxan Şahinoğlu: "Kreml Ermənistandakı emisarları vasitəsilə notaya cavabı yerli müxalif mediaya ötürəcək"
Ermənistan Rusiya Xarici İşlər Nazirliyinin notasına cavab verib. Bu barədə Ermənistan XİN məlumat yayıb. Lakin verilən cavab mətni mediada yayımlanmayıb. Ermənistan XİN-in verdiyi məlumata görə, notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir. Ona görə də XİN mətnin dərcini düzgün hesab etmir.
Rəsmi İrəvanın yayımlamaq istəmədiyi cavab mətnini “Sherg.az"a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan XİN mətnin diplomatik yazışmaların bir hissəsi olduğuna görə yayımlanmadığını desə də, bu, Baş nazir Nikol Paşinyanın təlimat ilə baş tutub: “Çünki Rusiyadan qorxurlar. Buna səbəb də Rusiya səfirliyinin ciddi ittiham irəli sürməsidir. Həmçinin Rusiya səfirliyinin XİN-ə göndərdiyi notası tam şəkildə bəyan olunmuşdu. Qarşı tərəf isə notaya cavabı bəyan etmək istəmir. Görünür, rəsmi Moskvadan çəkindikləri üçün bu addımı atırlar. Şübhəsiz, Rusiya səfirliyinin notası Ermənistanın Baş naziri Nikol Paşinyanı qəzəbləndirib. Buna baxmayaraq, o, Moskva ilə münasibətləri daha da gərginləşdirməmək üçün notaya cavabın yayımlanmasını lazım bilməyib. Lakin hesab edirəm ki, yaxın günlərdə sözügedən mətn Rusiya səfirliyi tərəfindən yayımlanacaq. Kreml Ermənistandakı emisarları vasitəsilə notaya cavabı yerli müxalif mediaya ötürəcək. Onlar bu yolla Paşinyanın mövqeyini zəiflətməyi hədəfləyirlər”.
Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində baş verən partlayışda Rusiya ittiham olunmuşdu. Bu səbəbdən rəsmi Moskva İrəvana nota vermişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi