Ermənistan son günlərini sayır
11:20 09.07.2023
Siyasət
358
Sülhün hərbi əməliyyatlarla həll yolu aktuallaşır
“Azərbaycanın genişmiqyaslı antiterror əməliyyatlarına başlaması üçün həm beynəlxalq zəmin, həm də regional ölçülər imkanlar yaradır”
"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hərbi məzmunlu hərəkətlilik davam etməkdədir". Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, erməni separatçılar Rusiya sülhməramlı kontingenti vasitəsilə status-kvonu rəsmiləşdirmək məqsədilə dəstək axtarışındadır: "Ancaq separatçılar Ermənistan da daxil olmaqla xarici havadarların köməyindən məhrum olur. Çünki regional və qlobal oyunçular Azərbaycanın artan strateji əhəmiyyətini nəzərə alaraq ona qarşı fəaliyyətdən çəkinirlər. Bu çəkingənlik hələ o anlama gəlmir ki, separatçılar vasitəsilə Azərbaycana qarşı planlar masadan tamamilə qalxıb. Buna görə də açıq qalan məsələlər həll olunmadıqca, erməni kartının regional təsirləri barədə təhlükəli mövqelərin praktik tərəfləri təzahür edəcək. Azərbaycan isə regionu təsvir etmək istədiyi formaya salmaq, ona təhdidləri aradan qaldıracaq məzmun vermək istiqamətindəki planlarında inadkardır. Qətiyyətin xarakterini göstərmək üçün isə dili sərtləşdirmək zərurətləri yaranır. Xüsusilə separatçıların aktivləşdiyi bir zamanda hərbi əməliyyatlarla həll yolu çağırışı aktuallaşır. Azərbaycan informasiya məkanında “Qisas-3” əməliyyatının keçiriləcəyi barədə məlumatların dövriyyədə qalması həmin planın icrasına hazırlıqla bağlı mərhələdən xəbər verir. Güc tətbiqi ilə əlaqədar məlumatlar separatçıları özlərinin xarici siyasətində bədnam, kölgəli alət edən dövlətlərə qarşı ciddi xəbərdarlıqdır".
Ekspert vurğulayıb ki, Rusiya 200 illik imperiya siyasətini təmin etməkdən ötrü qurdlarını öldürməyə çalışır. Lakin Ukraynadakı hərbi-taktiki uğursuzluqlardan dolayı Cənubi Qafqaz regionu üzrə də problemlərlə qarşılaşır: "ABŞ üçün Rusiyanın düşdüyü boşluqlar bol fürsətdir. İndi Vaşinqton maksimal şəkildə Azərbaycan-Ermənistan gündəliyinə təsir etmək üçün alternativlər axtarır. Amerika artıq rıçaqlar əldə edib. Azərbaycan-Ermənistan danışıqlarının aktiv vasitəçisinə çevrilərək səhmlərini artırır. Hərçənd hələ də yekun sülhdən danışmaq tezdir. ABŞ-nin çək-çeviri Rusiya üçün siqnaldır. Ona görə də Moskva regionda mövcudiyyətini xatırlatmaq üçün gah separatçılığı canlandırmağa cəhd göstərir, gah da Azərbaycan-Ermənistan sərhədi boyunca ritorikanı qızışdırmağa davam edir. Vaşinqton da Rusiya təsirlərinin artdığı zamanda sülh proqramı ilə bağlı fərqli səslər çıxarmağa meyl edir, erməni amilini qabardır. Həmin məqamda ABŞ küncə sıxılmış Ermənistanın revanşist ideallarına qaz verəcək ideyaları dövriyyəyə salır. Ancaq nə ABŞ, nə də Rusiya Azərbaycanın ərazi bütövlüyünü böyük miqyasda təhlükə altında saxlayacaq variantları üstün tutur. Burada ən vacib faktorlardan biri də Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin balanslaşdırıcı amil olmasıdır".
A.Kərimov qeyd edib ki, Avropa İttifaqı sülh gündəliyi üzrə hərəkətlərini məxfi gündəliyə söykəmir, daha etibarlı və praqmatik platforma kimi qiymət qazanır: "Aİ Azərbaycan üçün Rusiya-ABŞ arasındakı gizli qarşıdurmanı tarazlaşdıran platformadır. Etiraf etmək lazımdır ki, Ermənistanın sıxışdırılmasında pay sahibliyinə malikdir. Ümumilikdə isə hər üç platformanın tərəzilərinin gözlərində Azərbaycanla Ermənistana dəstək arasında bərabərlik işarəsi qoyulmur və Bakının gündəliyi ağırlıq təşkil edir. Azərbaycanın maksimalist mövqelərə doğru irəliləyişi, Ermənistana qarşı açıq-gizli tövrlər İrəvanın Qarabağla bağlı separatçılığı diriltmək səylərini puç edir. Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanın Qarabağda yaşayan ermənilərə müraciət etməsi mətləbləri açır. Arutyunyan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonda danışıb. O, ermənilərə hədələyici tonda “ya Qarabağı tərk edin, ya da burda qalın” tipində mesaj verməklə Azərbaycanın mümkün antiterror əməliyyatlarına görə məsuliyyəti üzərindən tullamağa çalışır. Hər bir halda, Azərbaycanın genişmiqyaslı antiterror əməliyyatlarına başlaması üçün həm beynəlxalq zəmin, həm də regional ölçülər imkanlar yaradır. Azərbaycan yəqin ki, oyunçuların uc nöqtələrində dayanan ziddiyyətli məqamları bir nöqtə ətrafında müvəqqəti də olsa cövlan etməsi üçün danışıqlar aparıb antiterror tədbirlərini tətbiq edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə
Avropa Azərbaycanın strateji roluna ehtiyac duyur - ŞƏRH
19:08 27.04.2026
Gündəm