"Ermənistan sülh prosesini yubadır" - Bu əraziləri NƏZARƏTƏ GÖTÜRMƏLİYİK
Yusif Nəzərli
14:17 26.08.2022
Siyasət
561
"Ermənistanın hər dəfə sülhə yubanması bizim üçün fürsətdir"
"Revanşistlər sərhəd boyunca təxribatlar törətdikcə əzəli Azərbaycan torpaqları olan ərazilərimizi öz nəzarətimizə qaytarmalıyıq"
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyasının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib ki, komissiya nümayəndələri avqustun 30-da görüşəcəklər. Qeyd edək ki, daha əvvəl görüşün Moskvada keçiriləcəyi barədə məlumat verilmişdi.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Rusiya-Ukrayna müharibəsi, regionda və ümumiyyətlə postsovet məkanında cərəyan edən hadisələr nəyisə gözləmək məcburiyyəti yaradır. Analitik vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərində bizim üçün ciddi dəyişikliklər gözlənilmir. Ancaq İrəvanın itirmək qorxusu Ermənistanı gözləmə mövqeyində saxlayır: “Rəsmi Bakının özü üçün yaratdığı reallıqlar Azərbaycanı böyük ölçüdə qane edir. Həmçinin, sonrakı proseslərdə problemləri öz xeyrinə həll edəcəyinə əminlik yaradır. Ermənistanda isə arxayınlıq hissi yoxdur. Ona görə də manevrlər etmək, prosesləri ləngitmək niyyəti güdür. Ancaq biz də yubanmanı fürsətə çevirməliyik. Ermənilər sərhəd boyunca təxribatlar törətdikcə əzəli Azərbaycan torpaqları olan ərazilərimizi öz nəzarətimizə qaytarmalıyıq. Tərəflər arasında görüşlər isə mütəmadi davam etməlidir. Belə təmaslardan konkret nəticələr gözlənilməsə də, müəyyən irəliləyişlərin olacağı istisna edilmir. İrəvan öz maraqları naminə pərdəarxası addımlar atsa da, gec-tez regiona sülh və stabillik gəlməlidir. Dünyada mövcud olan qarşıdurmaların genişmiqyaslı müharibələrə çevrilməsi ehtimalı daim göz önündə olmalıdır. Ən azından regionumuzdakı stabillik tərəfləri mümkün müharibənin dağıdıcı təsirindən qoruya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi