Ermənistanda islahat, yoxsa “tutar qatıq, tutmaz ayran” oyunu ?!
Banuçiçək Kalbalıyeva
13:03 20.11.2020
Siyasət
819
“Baş nazir ABŞ-da yeni prezident Co Baydenin inaqurasiyasına, yəni yanvarın 20-dək hakimiyyətini qorumaq istəyir”
“Sonra Qərbdən dəstək alacağını bilir. Amma bu məsələ əslində bizə də sərf edir”
“Çünki məğlub Ermənistanın Qərblə yaxınlaşması Rusiya ilə arasındakı uçurumların dərinləşməsinə gətirib çıxaracaq”
Ermənistan siyasi hakimiyyətindəki “payız fəsli” davam edir. Kadrlar yarpaqtək bir-bir “tökülürlər”. Ardınca da ayaq altında qalıb əzilirlər. İki strateji qurumun- xarici işlər nazirliyinin və müdafiə nazirliyinin rəhbərləri artıq yeniləri ilə əvəz olunublar. Bundan sonra Zöhrab Mnasakyanın vəzifəsini Ara Ayvazyan icra edəcək. Müdafiə naziri David Tonayanın yerinə isə Vaqarşak Arutyunyan təyin olunub. Bütün dünyanın koronavirusla mübarizə apardığı, Azərbaycanın, nəhayət, otuz ildən sonra torpaqlarını geri aldığı bir məqamda Ermənistan baş naziri Paşinyan da sanki “puzzle” oynayırmış kimi kadr dəyişikliyilə məşğuldur. Birini götürüb, o birini qoyur. Lap “tutar qatıq, tutmaz ayran” hesabı...
Ermənistan siyasi hakimiyyətindəki “yarpaq tökümü” barədə “Sherg.az”a danışan politoloq Əhəd Məmmədlinin fikrincə, bu, Paşinyanın hakimiyyətdə qalmaq cəhdləridir:
“Baş nazir ABŞ-da yeni prezident Co Baydenin inaqurasiyasına, yəni yanvarın 20-dək hakimiyyətini qorumaq istəyir. Sonra Qərbdən dəstək alacağını bilir. Amma bu məsələ əslində bizə də sərf edir. Çünki məğlub Ermənistanın Qərblə yaxınlaşması Rusiya ilə arasındakı uçurumların dərinləşməsinə gətirib çıxaracaq. Bizim anti-terror əməliyyatlarını bu qədər uğurla keçirə bilməyimizin əsas səbəblərindən birinin Kremllə vassalı arasında gərginliyin olduğu heç kimə sirr deyil. Yəni Paşinyanın arzusu bizim maraqlarımıza cavab verir”.
Ə.Məmmədli baş nazirin niyə indiyədək devrilməməsini də izah edib:
“Deməli, mitinqlər, etiraz dalğaları kifayət qədər deyil. Paşinyanı dəstəkləyən qüvvələr bu işə mane olurlar. Görünür, xalqın müəyyən hissəsi məğlub hakimiyyəti ruspərəst Qarabağ klanından üstün tutur. Fikir verirsinizsə, müxalif liderlər ard-arda həbs olunur. Amma Qərb də, yerli xalq da sanki heç nə baş verməmiştək səssizdir. Düşünürəm ki, baş nazir üçün ən kritik vaxt qarşıdakı 1-2 aydır. Əgər devrilməsə, hakimiyyətdə qalma müddəti uzana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm