
“Ermənistanın KTMT-tə müraciəti bu təşkilatda ajiotaj yaratmır”
Yusif Nəzərli
09:53 13.09.2022
Siyasət
529
“KTMT ölkələri bu məsələdəki mövqelərini artıq 44 günlük İkinci Qarabağ savaşında ortaya qoyublar”
“Yeni bir stiuasiya yoxdur. Dəfələrlə onlara başqa ölkənin sərhədlərini pozmayın, təxribatlar törətməyin deyilib”
Ermənistan tərəfi özünün sentyabrın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlarla bağlı KTMT və BMT Təhlükəsizlik Şurasına müraciət edib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub : “Hökumət məsələ ilə bağlı artıq Rusiyaya, KTMT-yə və BMT Təhlükəsizlik Şurasına müraciət edib. Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin müddəalarının həyata keçirilməsi üçün Rusiya Federasiyasına rəsmi müraciət etmək barədə qərar qəbul ediliib”.

Millət vəkili Fazil Mustafa Ermənistanın KTMT-yə müraciəti ilə bağlı “sherg.az”a danışarkən bildirib ki, rəsmi İrəvan hazırda “başını itirib”, hara, kimə müraciət edəcəyini bilmir:
“Bu cəhdlər boş işdən başqa bir şey deyil. Ermənistan KTMT-yə belə bir müraciət etsə, təbii ki, bu təşkilat ona başqasının torpağından çıxmalı olduğunu deyəcək. KTMT ölkələri bu məsələdəki mövqelərini artıq 44 günlük İkinci Qarabağ savaşında ortaya qoyublar. Yeni bir stiuasiya yoxdur. Məsələ KTMT-də hər hansısa bir ajiotaj belə yaratmır. O, bu məsələyə sırf Ermənitana aid olan məsələ kimi baxır. Dəfələrlə onlara başqa ölkənin sərhədlərini pozmayın, təxribatlar törətməyin deyilib. Əgər bu qaydalara əməl etməsələr, bundan sonra da belə problemlərlə qarşılaşacaqlar. Biz hər an münaqişənin alovlanma imkanı olan bir bölgədəyik. Ona görə də heç vaxt ayıq-sayıqlığımızı itirməməməli, torpaqlarımızı qorumağa çalışmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya