
Ermənistanın növbəti təxribatı: Bu səfərlər qanunsuz sayılacaq
Yusif Sultanoğlu
08:32 10.03.2024
Siyasət
706
Ermənilər Qazaxın işğal altında olan Yuxarı Əskipara kəndinə “ekskursiya” təşkil etməyi planlaşdırır.
Bu barədə Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsi məlumat yayıb.
Vurğulanıb ki, guya “ekskursiya”nın məqsədi Yuxarı Əskiparanın gözəl təbiəti və tarixi-mədəni yerləri ilə tanış olmaqdır.
Qanunsuz fəaliyyət göstərən qruplaşma bununla həm də “Ermənistan vətəndaşlarının istənilən ərazilərə sərbəst hərəkət etmək hüququnun olduğunu göstərmək” niyyətindədir.
“Martın 17-də Yuxarı Əskipara kəndində görüşəcəyik”, – “Döyüş qardaşlığı”nın mesajında deyilir.
İrəvanın sülhə əngəl olan növbəti addımını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Ermənistan daxilində hələ də " Döyüş qardaşlığı " və digər bu qəbildən olan revanşist təşkilatlar mövcuddur:
“Onların məqsədi Azərbaycanı müharibəyə təhrik etməkdir. Son günlər bu kəndlərlərlə bağlı müzakirələrdə fəallıq var. Azərbaycan haqlı olaraq həmən kəndlərin qeyd-şərtsiz, dərhal Azərbaycana qaytarılmasını tələb edir. Həmin kəndlər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən (DQMV) kənar işğal olunmuş kəndləridir. Ermənilər həmin dövrdə tək Dağlıq Qarabağ bölgəsinə yox, Naxçıvan və Qazax istiqamətinə də hücuma keçmişdilər. Azərbaycan öz ordusu hesabına keçmiş Dağlıq Qarabağı azad etdi. Bunun üçün bizə cəmi 44 gün vaxt lazım oldu. İndi isə bir neçə saat lazımdır ki, Azərbaycan ordusu həmin 8 kəndi azad etsin”.

Ekspert vurğulayıb ki, sözügedən təşkilatlar Ermənistan hökumətinə maneçilik yaradır:
“Paşinyan hökuməti onları bu məsələ ilə bağlı lazımi dildə başa salmalı, hətta cəzalandırmalıdır. Əksi halda bunu Azərbaycan icra edəcək. Hazırda Bakıda, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) tecridxanasında olan keçmiş seperatçıların aqibəti Ermənistanda hamı üçün dərs olmalıdır. O kəndlər Azərbaycan ərazisidir və ora edilən istənilən səfər qanunsuz sayılacaq. Erməni hökuməti onlara bunu başa salmalıdır. 8 kənd Azərbaycan ərazisidir və Ermənistan onları dərhal Azərbaycana təhvil verməlidir. Əks halda Azərbaycan bunu öz gücü hesabına həyata keçirəcək. Ermənistan hökuməti yaxın tarixdən nəticə çıxarmalı, 2020-ci ilin payızını və 2023-cü ilin sentyabrını xatırlamalıdır. Bunun əksi Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Ermənistan əgər fəlakətlə üzləşmək istəmirsə, Azərbaycanın bütün tələblərini qəbul edib sülh masasına əyləşməlidir”.
Xatırladaq ki, Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) 1990-cı ildən bugünədək erməni işğalı altındadır. Azərbaycan ərazilərinə bu cür “səfər”lərin təşkil olunması qeyri-qanunidir və Ermənistanın növbəti riyakarlığının göstəricisidir.
Bir müddət əvvəl Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılmış, daha sonra sərbəst buraxılmışdılar. Erməni mənbələri yazırdı ki, onlara sözügedən kəndə girmək qadağan edilib və buranın Azərbaycana təhvil veriləcəyi deyilib.
Rəsmi İrəvan 17 martdakı qanunsuz “ekskursiya”ya icazə versə, bu, sülh prosesinə vurulan növbəti zərbə olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya