“Ermənistanın təcavüzkar siyasəti BMT səviyyəsində göstərildi”
Banuçiçək Kalbalıyeva
10:29 22.09.2020
Siyasət
766
“Odur ki, işğalçı cəzalanan zaman beynəlxalq hüquq baxımından Azərbaycana heç bir irad tutula bilməz”
“Həm də BMT-nin nizamnaməsinin 51-ci maddəsi ilə Azərbaycanın hüquqları tam təsbit edilir”
“Fikrimcə, dövlət başçımızınm söylədikləri bütün dünya ölkələri üçün əhəmiyyətli idi”
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş videoformatda Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclas zamanı çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi, şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.
Qeyd edək ki, dövlətimizin başçısı çıxışını iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi edib.
Ölkəmizin başçısı nitq zamanı bir sıra vacib məsələlərə toxunub. Prezident bildirib ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir:
“Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.
Bu barədə “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli dövlət başçısının sözügedən çıxışının beynəlxalq əhəmiyyətindən söz açıb:
“Bu, BMT-nin xüsusi sessiyalarından biri idi. Cənab prezidentin həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan dövlət başçısı kimi çıxış etməsi çox mühüm məqamdır.
Prezident çıxışında Ermənistanın təcavüzkar siyasətini və BMT-nin qərarlarını yerinə yetirmədiyini bəyan etməklə yanaşı, həm də düşmənin yeni işğalçı planlarından danışdı. Ermənistanın təcavüzkar siyasəti bütün mahiyyəti ilə ortaya qoyuldu.
Bu çıxış dövlət başçısının “Ermənistan beynəlxalq hüquqa əməl etmirsə, Azərbaycan niyə əməl etməlidir?” bəyənatının məntiqi davamı idi. Bir daha qeyd edirəm, Ermənistanın təcəvüzkar olduğu BMT səviyyəsində göstərildi.
Odur ki, işğalçı cəzalanan zaman beynəlxalq hüquq baxımından Azərbaycana heç bir irad tutula bilməz. Həm də BMT-nin nizamnaməsinin 51-ci maddəsi ilə Azərbaycanın hüquqları tam təsbit edilir. Fikrimcə, dövlət başçımızınm söylədikləri bütün dünya ölkələri üçün əhəmiyyətli idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq