Estoniya XİN rəhbəri: Bakıda səfirliyin açılması yeni bir mərhələ olacaq
10:03 23.10.2025
Siyasət
384
“Səfərimin əsas nəticələrindən biri Estoniya hökumətinə Bakıda Estoniyanın təmsilçiliyinin səfirlik səviyyəsinə qaldırılması barədə təklif vermək qərarımdır”.
Bunu Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna APA-ya müsahibəsində deyib.
Nazirin sözlərinə görə, bu addım ikitərəfli əlaqələrdə yeni bir mərhələ olacaq, siyasi dialoqun dərinləşməsinə, iqtisadi əməkdaşlığın güclənməsinə və xalqlar arasında daha sıx təmasların qurulmasına imkan yaradacaq.
“Səfirliyin açılması qərarı bu münasibətlərə olan etimadımızı və əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq istəyimizi əks etdirir. Əlaqələrimizi inkişaf etdirmək üçün yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələrin sayını artıra, rəqəmsal inkişaf, təhsil və konnektivlik sahəsində əməkdaşlığı dərinləşdirə bilərik. Tərəfdaşlığımızın əsasında qarşılıqlı hörmət, etimad və sülh, əlaqəlilik və innovasiya kimi ortaq maraqlar dayanır”, - o vurğulayıb.
XİN rəhbəri bildirib ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər möhkəm və dostyanadır.
“Estoniya–Azərbaycan münasibətlərinin gələcəyi ümidverici və perspektivlidir. Bakıda Estoniya səfirliyinin açılması tərəfdaşlığımızda yeni bir fəsil açacaq, daha sıx siyasi dialoqa və müxtəlif sahələrdə daha fəal əməkdaşlığa şərait yaradacaq”, - Marqus Tsahkna əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya