Əvvəlcə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır
Yusif Nəzərli
23:38 17.10.2022
Siyasət
480
Yalnız bundan sonra Ankara-İrəvan əlaqələri də normallaşma yoluna girəcək
Ankara Ermənistanla münasibətlərin normallaşması prosesində növbəti dəfə futbol diplomatiyasına əl ata bilər. Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç deyib. Onun sözlərinə görə, martın 25-də Ermənistanda, sentyabrda isə Türkiyədə (Avro-2024-ün seçmə mərhələsi çərçivəsində - red.) iki ölkənin milli komandaları arasında futbol oyunları keçiriləcək: "Komandamız ora gedəcək, ola bilsin ki, biz də getdik. Normallaşma prosesi müsbət gedir. Ermənistanın Azərbaycanla münasibətlərində də müsbət dinamika müşahidə olunur.
Bu, təxribatlara əl atmadan edilməlidir”. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında təmaslardan sonra iki ölkənin münasibətlərinin normallaşması yenidən gündəmdədir. Liderlərin görüşündən sonra ölkələri təmsil edən xüsusi nümayəndələrin üçüncü dövlətin ərazisində deyil, Türkiyə və Ermənistanda görüşməsi qərarlaşdırılıb.
İki ölkənin əlaqələrinin normallaşması prosesi ilə bağlı "Şərq"ə danışan "Turan" İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev deyib ki, Türkiyə-Ermənistan əməkdaşlığının formalaşması üçün ilk növbədə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Ekspert xatırladıb ki, Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, İrəvanla əlaqələrin düzəlməsi, sərhədlərin açılması Qarabağ probleminin birdəfəlik həllindən asılıdır:
"O baxımdan Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanmalıdır ki, Ankara-İrəvan əlaqələri də normallaşma yoluna girsin. Azərbaycanla Ermənistan arasında müqavilə imzalanmamış Türkiyə İrəvanla heç bir sənədə imza atmayacaq. 2009-cu ildə Sürix protokollarını xatırlatmaq yerinə düşər. Həmin proses ona görə pozuldu ki, Türkiyə buna getmək istəmirdi. Ancaq beynəlxalq təzyiqlər, öhdəliklər olduğuna görə Sürix prosesi başlanmışdı. Amma Türkiyə bundan uğurla qaçdı. Birmənalı bəyan etdi ki, Azərbaycanın Qarabağ məsələsi çözülənədək Ermənistanla sərhədlər bağlı qalacaq. Bu siyasət eyniylə qalmaqdadır və yaxın zamanda dəyişəcəyinə inanmıram. Bir daha təkrar edirəm, Bakı-İrəvan sülh sazişinə imza atandan sonra Türkiyə-Ermənistan münasibətləri də normallaşma mərhələsinə qədəm qoyacaq. Ermənistanın Türkiyəyə əsassız ərazi iddiaları, qondarma "soyqırım" və s. məsələlər də öz aktuallığını itirəcək. İki ölkə əhalisinin, xüsusən ermənilərin Türkiyəyə gediş-gəlişi, ticarətin başlaması bu tipli siyasi məsələləri arxa plana atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət