Fransa geri çəkilməlidir, əks halda... - ŞƏRH
17:59 30.10.2023
Siyasət
374
Əks halda, bu ilin sonuna qədər yekun sülh sazişinin imzalanma ehtimalı reallaşmayacaq
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırıb. Bu barədə Aİ Şurasının iki günlük iclasının sonunda qəbul olunan yekun sənəddə bildirilib: “Avropa İttifaqı Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə davamlı dəstəyini bildirir. Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır”. Sənəddə, eyni zamanda Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında sülhdən danışıb. Baş nazir deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər. O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”. Ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Bakı-İrəvan arasında sülh prosesinin perspektivlərini müzakirə ediblər.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, mövcud situasiya Cənubi Qafqazda sülh prosesinin uğur qazanması üçün geniş imkanlar açır. Analitik vurğulayıb ki, Azərbaycan Ordusunun lokal antiterror tədbirləri sülh danışıqlarında müzakirə və mübahisə mövzusu olan bəzi önəmli problemləri kökündən həll edib: "Antiterror tədbirləri sayəsində Azərbaycan ərazisindən Ermənistan ordusunun tör-töküntüləri çıxarılıb. Erməni separatizmi və terrorizmi sıradan çıxarılıb. Qondarma qurum ləğv edilib, "boz zona" da artıq mövcud deyil və s. Bütün bunları nəzərə aldıqda, sülh danışıqları masasında müzakirə predmetlərinin sayı azalıb, proses maksimum səviyyədə sadələşib. Üstəlik, rəsmi İrəvan da artıq anlayır ki, sülh prosesinin uzadılması məhz Ermənistana ciddi problemlər yaradır, zərbələr vurur. Nəhayət, Cənubi Qafqazda sülh prosesini əngəlləyən Rusiya da regionda yaranmış mövcud situasiya ilə barışıb. Kreml indi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasının tərəfdarı kimi çıxış etməyə çalışır. Təbii ki, ABŞ və Qərb də Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını dəstəklədiyini bəyan edir. Avropa Birliyi isə hər iki tərəfi ilin sonuna qədər yekun sülh sazişini imzalamağa çağırır. Bu, ilk baxışdan, olduqca müsbət tendensiya təsiri bağışlayır. Çünki həqiqətən də, yaxın aylarda, yəni ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün münbit şərait mövcuddur".
Ekspertin fikrincə, Avropa Birliyi Azərbaycan və Ermənistana xitab edərkən, Fransanı da Cənubi Qafqazda sülh prosesinə əngəl törətməməyə çağırmalıdır: "Çünki hazırda Fransa regional sülh prosesini pozmağa çalışan əsas məkrli beynəlxalq siyasi iradə mərkəzlərindən biri rolunda çıxış edir. Rəsmi Parisin Ermənistan üzərindən reallaşdırmağa çalışdığı hərbi-siyasi manipulyasiyalar, təxribatlar dayandırılmayacağı təqdirdə, Cənubi Qafqazda yaxın gələcəkdə sülh və əmin-amanlıq dövrünə başlamaq çox çətin olacaq. Bu baxımdan, Fransa və rəsmi Parislə ortaq maraqlardan çıxış edən bəzi digər Qərb ölkələri Cənubi Qafqazda sülh prosesinə qarşı ən ciddi əngəl rolunu oynayırlar. Ona görə də Fransanın təsiri altında olan Ermənistanın rəsmi Parisin razılığı olmadan Azərbaycanla yekun sülh sazişini imzalayacağı o qədər də inandırıcı görünmür. Yəni Fransanın bu prosesdən tamamilə kənara çəkilməsi olduqca vacibdir. Əks halda, bu ilin sonuna qədər yekun sülh sazişinin imzalanma ehtimalı reallaşmaya da bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial