
Fransanın neokolonialist siyasəti ifşa olunur
04:18 07.08.2024
Siyasət
412
Azərbaycanın davamlı səyləri özünü doğruldacaq
Fransa yeni müstəmləkəçilik siyasətindən əl çəkməyə məcbur ediləcək
Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi. Bunu Prezident İlham Əliyev Burkina Fasonun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edərkən deyib. Ölkə başçısı Azərbaycanın 4 il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neo-müstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirib. Prezident Fransanın həyata keçirdiyi neo-müstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edib. Dövlət başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğulayıb. Prezident Azərbaycanın qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə beynəlxalq qeyri-hökumət hərəkatı çərçivəsində fəal iş apardığını bildirib. Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan dövlət başçısı Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini söyləyib.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, hazırda dünyada neo-müstəmləkəçilik məhz Fransanın yürütdüyü siyasətində özünü ən qabarıq şəkildə büruzə verir. Ekspert vurğulayıb ki, Azərbaycan bu siyasətə qarşı öz haqq səsini ucaldır. Qanlı müstəmləkəçilik tarixi olan Fransanın əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb edir:

"Azərbaycan liderinin bəhs etdiyi bu acı gerçəkliklər Burkina Fasonun səfirinə heç şübhəsiz ki, yaxşı tanışdır. Çünki Afrika kontinentinin bir çox ölkələri kimi Burkina Faso da uzun müddət Fransanın müstəmləkəçilik və neo-müstəmləkəçilik siyasətindən əziyyət çəkib. Lakin Mali, Niger və Burkina Faso uzun müqavimətdən sonra keçən il Fransanın neo-müstəmləkəçiliyinə son qoymağı bacardı. Burkina Fasonun bu qələbəsi Fransanın bu gün də əsarət altında saxladığı digər xalqlar üçün də müstəqillik, azadlıq uğrunda mübarizədə müsbət təcrübə kimi mühüm rol oynaya bilər. Qara qitədən - Afrikadan rüsvayçı şəkildə qovulan Fransa öz itkilərini və psixoloji-siyasi sarsıntılarını kompensə etmək, beynəlxalq arenada zədələnmiş imicini bərpa etmək məqsədilə Cənubi Qafqaza müdaxilə etməyə, Ermənistanın vasitəsilə regionda sülh prosesinə zərbə vuran təxribatlara yol verməyə başlayıb. Bu xüsusda Makron Fransasının ölkəmizə qarşı qərəzli mövqeyindən danışan Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın əsl simasının üzə çıxdığını Burkina Fasonun səfirinin diqqətinə çatdırdı. Qeyd olundu ki, 44 günlük müharibədən sonra rəsmi Paris BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz təşəbbüslərlə çıxış edib və Ermənistanı revanşizmə təhrik edib".
Analitik əlavə edib ki, 44 günlük müharibə Fransanın ermənipərəst simasının ifşası üçün “lakmus kağızı” rolunu oynadı: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti isə Fransanın neokolonialist siyasətinin ifşa olunmasına həqiqətən də ciddi təkan verə bilər. Biz inanırıq ki, Azərbaycanın davamlı səyləri özünü doğruldacaq, Fransa yeni müstəmləkəçilikdən əl çəkməyə məcbur ediləcək. Azərbaycanın neokolonializmə qarşı mübarizə aparan xalqlarla həmrəylik nümayiş etdirməsi təqdirəlayiq nümunədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya