“Görünməz ər”: Yaponiyanın ilk qadın baş nazirinin həyat yoldaşı arxa planda qalacaq
13:25 22.10.2025
Siyasət
387
Cütlük ilk dəfə 2004-cü ildə ailə qurub, lakin 2017-ci ildə siyasi baxış fərqlərinə görə boşanıb və daha sonra yenidən evlənib
Yaponiyanın ilk qadın Baş naziri seçilən Takaiçi Sanae and içərək vəzifəsinə başladıqdan sonra həyat yoldaşı Yamamoto Taku jurnalistlərə açıqlama verib.
Sherg.az xəbər verir ki, Yamamoto bildirib ki, həyat yoldaşına arxa planda “görünməz ər” kimi dəstək olmağı planlaşdırır:
“Qərbdən fərqli olaraq, burada həyat yoldaşlarının diqqət mərkəzində olmaması daha yaxşıdır.”
O, həmçinin Takaiçinin “hamıdan daha çox işləyən bir insan” olduğunu vurğulayıb.
İki dəfə evləndilər
Cütlük ilk dəfə 2004-cü ildə ailə qurub, lakin 2017-ci ildə siyasi baxış fərqlərinə görə boşanıb və daha sonra yenidən evlənib.
Onların siyasi fikir ayrılığı, Liberal Demokrat Partiyasının (LDP) 2012-ci il sədr seçkilərində Takaiçinin sabiq Baş nazir Abe Şinzonu, Yamamotonun isə sabiq Baş nazir İşiba Şigerunu dəstəkləməsi ilə zirvəyə çatıb.
Ölkənin tarixində ilk qadın Baş naziri
1961-ci ilin martında Yaponiyanın Nara prefekturasının Yamatokoriyama şəhərində doğulan Takaiçi, 1984-cü ildə Kobe Universitetinin Biznes fakültəsini bitirib. 1987-ci ildə ABŞ Konqresinin bir üzvünün ofisində çalışıb.
1989-cu ildə “Matsuşita Hökumət və İdarəetmə İnstitutunu” bitirən Takaiçi, “TV Asahi” və “Fuji TV” kimi kanallarda proqram aparıcısı olub. Tələbəlik illərində “heavy metal” qrupunda nağara çalan Takaiçi, yeni nəsil mediada “açıq sözlülüyü və təsirli nitqi” ilə tanınır.
Panasonic şirkətinin banisi Matsuşita Konosuke ilə görüşmək imkanı qazanan Takaiçi, yapon sənayeçidən aldığı ilhamla siyasətə qədəm qoyub. 1993-cü ildə ilk dəfə müstəqil şəkildə seçkilərə qatılaraq Nümayəndələr Palatasına deputat seçilib və sonradan LDP-yə qoşulub.
30 ildən artıq siyasi karyerası ərzində 10 dəfə parlament üzvü seçilən və müxtəlif nazirliklərdə çalışan Takaiçi, 2012-2020-ci illərdə vəzifədə olmuş “Yaponiyanın ən uzun müddətli Baş naziri” Abe Şinzonun “şagirdi” kimi tanınır.
Hakim Liberal Demokrat Partiyasının (LDP) bu ay keçirilən rəhbərlik seçkilərində qalib gələn 64 yaşlı Takaiçi Sanae, parlamentdə keçirilən səsvermə nəticəsində ölkənin ilk qadın Baş naziri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya