Gürcüstanın vasitəçilik təşəbbüsü: “Öz maraqları da var”
Banuçiçək Kalbalıyeva
14:28 01.10.2020
Siyasət
1556
“Rəsmi Tiflis sərhədlərində hansısa münaqişə istəmir və indiki vəziyyətdən narahatdır”
“Təkcə Gürcüstan yox, seperatçılıqdan əziyyət çəkən bütün dövlətlər Azərbaycanı dəstəkləməlidir”
Gürcüstan Tbilisidə Ermənistan və Azərbaycan nümayəndələrinin görüşünü keçirməyə və istənilən formatda dialoqun qurulmasına kömək etməyə hazırdır. Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın rəsmi “Facebook” səhifəsində yayımladığı açıqlamada deyilir. Baş Nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında növbəti hərbi qarşıdurma nəticəsində çətin bir vəziyyət yaranıb, çox sayda qurban var və təəssüf ki, döyüş əməliyyatlarını dayandırmaq və dialoqu bərpa etmək mümkün deyil.
Qaxariya bildirib ki, hər kəs daha da kəskinləşmənin bölgənin təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərəcəyini başa düşür. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, beynəlxalq aktorları gərginliyə son qoymaq və dialoqu bərpa etmək üçün imkanlarından maksimum istifadə etməyə çağırıb.
Gürcüstan baş nazirinin bu açıqlamasını “Sherg.az”a təhlil edən siyasi analitik Rusif Məmmədsoyun sözlərinə görə, bu, hər şeydən əvvəl, onun öz maraqlarının təminatı naminədir:
“Gürcüstan sərhədlərində hansısa münaqişə istəmir və indiki vəziyyətdən narahatdır. Nəzərə almaq lazımdır ki, belə danışıqlar təkcə döyüşən tərəflərə yox, qonşu dövlətlərə də xoş deyil və region üçün təhlükədir.
Gürcüstan bizi dəstəkləməsinin əsas səbəbi eyni problemdən əziyyət çəkməsidir. Belə edir ki, sabah Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələdə də biz onu dəstəkləyək.
İndi təkcə Gürcüstan yox, seperatçılıqdan əziyyət çəkən bütün dövlətlər Azərbaycanı dəstəkləməlidir. Həm də belə bəyanatlar sözdə yox, əməldə də əksini tapmalıdır. Fikrimcə, Gürcüstan baş nazirinin dedikləri formal xarakter daşıyır. Hətta Ermənistanı açıq-aşkar dəstəkləyən İran da belə vasitəçiliyini təklif edə bilər”.
R.Məmmədsoy, həmçinin bildirib ki, biz indiki situasiyadan mümkün qədər qələbə çıxmalıyıq:
“Azərbaycan nəticəsiz danışıqlar istəmir. Otuz ildir, dözmüşük və artıq səbrimiz tükənib.
O vaxt danışıqlara razı ola bilərik ki, Ermənistan qoşunları qeyd-şərtsiz Dağlıq Qarabağdan çıxsın. Yəni hərbi əməliyyatlar davam etməlidir.
Ən yaxşı halda isə danışıqlar masasına “əlimiz güclü” getməliyik. Azərbaycan bütün gücünü ortaya qoyub. Hər kəs ayaqdadır. İndi bütün Azərbaycan torpaqlarının azad olunmasını istəyir. Bu, Azərbaycan gəncliyinin yazdığı tarixdir!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm